"İkili standartlar, ikili münasibətlər yenə davam edir”

"Rusiya prezidenti Vladimir Putinin "Ermənistan Qafqazda ən yaxın müttəfiqimizdir" deməsi artıq hər şeyi açıq-aşkar ortaya qoyur. Bu mənada hesab edirəm ki, heç də Rusiya-Ermənistan münasibətləri kəskinləşməyib. Bunlar sadəcə olaraq arada danışılan sözlərdir". Bunu  millət vəkili Aytən Mustafayeva deyib.

Millət vəkilinin sözlərinə görə, Rusiya həmişəki kimi həm Azərbaycanı, həm də Ermənistanı bir-birinə qarşı qoyacaq: "Mənim buna şübhəm yoxdur. Bu bir həqiqətdir ki, bir çox ölkələr Azərbaycanı dəstəkləyirlər. Biz bunu görürük. Bu yaxınlarda Avropa İttifaqı tərəfindən qəbul olunmuş sənəddə qeyd olundu ki, ərazi bütövlüyü çərçivəsində bu münaqişələr həll olunmalıdır. Bu Avropa İttifaqı tərəfindən qəbul olunmuş sənəd böyük bir diplomatik qələbədir. Təbii ki, bütün bunlara Azərbaycan Prezidentin aparmış olduğu uğurlu siyasət nəticəsində nail olunub. Bu Ermənistana olan münasibətin dəyişməsi və Azərbaycanın dünyada nüfuzunun artmasıdır. Amma təəssüflər olsun ki, yenə də ikili standartlar, ikili münasibətlər davam edir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31