Qabil Hüseynli: “İki ölkə arasında münasibətlər gərginləşə-gərginləşə gedir”
20 Dekabr 2018 16:36 Siyasət"Bu gün Rusiya və Ermənistan arasında münasibətlər gərginləşə-gərginləşə gedir". Bunu politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, artıq bu gün Rusiya Ermənistana satacağı qazın qiymətini qaldırıb: "Bununla belə Rusiya Ermənistanla həmin ölkədə başqa bir dövlətin hərbi obyektinin yerləşməməsi haqqında müqavilə hazırlayır. Yəqin ki, bunu imzalatdırmağa çalışacaq. Həmçinin təzyiqlər getdikcə daha da artacaq. Ermənistana qarşı Rusiyanın təzyiqləri artmaqda və münasibətlər gərginləşməkdədir. Hər halda bu Ermənistan üçün gələcəkdə yaxşı heç nə vəd etmir".
Qabil Hüseynli baş verən hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyinin hansı istiqamətdə dəyişəcəyinə də münasibət bildirib: "Zənnimcə qarşıdakı perspektivlər qarşılıqlı kompramisə getmək imkanlarını heçə endirir. Böyük ehtimalla, qarşıdurmalar ciddi xarakter ala bilər. Bu şəraitdə ordunun, güc qüvvələrinin prosesə müdaxiləsi istisna edilmir. Bir sözlə, Paşinyan heç nədən çəkinmədən maksimum mənfəət, siyasi divident əldə etməyə çalışır. Beləliklə də Ermənistanı çox gərgin günlər gözləyir".g
SİA