Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb

11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyədə səfərdə olan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

General-leytenant K.Vəliyev Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun salamlarını Türkiyə Baş Qərargahının rəisi ordu generalı Y. Gülərə çatdırıb və səmimi qəbula görə ona təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31