Erməni kəşfiyyatçıdan şok açıqlama: Azərbaycan Qarabağa yeni ordu göndərir

Azərbaycan Prezidentinin əmri ilə Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postların sərhəd qoşunlarının xüsusi bölmələrinə verilməsi İrəvanda ciddi narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, bununla  bağlı danışan Qarabağ müharibəsində I kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş Vova Vartanov hazırda Azərbaycan tərəfinin aktivliyinin müşahidə olunduğunu deyib.

"Onlar həm Qarabağ, həm də Naxçıvan istiqamətində aktiv şəkildə tikinti işləri aparırlar. Qoşunların yerləşdirilməsində də müəyyən dəyişikliklər edilir. Sərhəd qoşunlarının Qazax istiqamətinə yerləşdirilməsi olduqca maraqlıdır. Hesab edirəm ki, bu istiqamətdə yerləşdirilən qoşun birliyi xüsusi briqadadır və bu, ehtiyac olan halda Qarabağ cəbhəsində qoşunların sayının artırılmasına imkan verəcək", - deyə erməni diversant bildirib.

"Aprel müharibəsi"ni xatırladan  Vartanov qeyd edib ki, Azərbaycan Ordusu erməni hərbi birləşmələrinin səhv etməsi üçün sürətli yerdəyişmə həyata keçirir və mərkəzdən zərbələr endirirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31