Suriyada beynəlxalq güclərin yeni maraq toqquşması - ŞƏRH
Ankara ilə Vaşinqton arasında münasibətlər yenidən gərginlik həddinə qədəm qoymaqdadır. Məlum keşiş qalmaqalından sonra bir qədər də böyüyən bu gərginlik Ankaranın Birləşmiş Ştatlara güzəştə gedərək onu azadlığa buraxmasından sonra bir qədər normallaşsa da, hazırda Suriya ətrafında cərəyan edən proseslər yenidən Birləşmiş Ştatlarla Türkiyə arasında sərinlik yaradıb. Səbəb isə qardaş ölkənin Suriya ərazisində həyata keçirməyə hazırlaşdığı “Cənub Hərəkatı” adlı antiterror əməliyyatıdır. Ankara haqlı olaraq Suriya ərazisndə özünə sığınacaq tapmış PKK-nın bir qolu olan YPĞ-nı təhlükəsizliyi üçün problem görür. Elə bu səbəbdən də qardaş ölkə Suriya ərazisində YPĞ terror təşkilatına qarşı antiterror əməliyyatı həyata keçirmək istəyir.
18 Dekabr 2018 13:24 SiyasətAnkara ilə Vaşinqton arasında münasibətlər yenidən gərginlik həddinə qədəm qoymaqdadır. Məlum keşiş qalmaqalından sonra bir qədər də böyüyən bu gərginlik Ankaranın Birləşmiş Ştatlara güzəştə gedərək onu azadlığa buraxmasından sonra bir qədər normallaşsa da, hazırda Suriya ətrafında cərəyan edən proseslər yenidən Birləşmiş Ştatlarla Türkiyə arasında sərinlik yaradıb. Səbəb isə qardaş ölkənin Suriya ərazisində həyata keçirməyə hazırlaşdığı "Cənub Hərəkatı" adlı antiterror əməliyyatıdır. Ankara haqlı olaraq Suriya ərazisndə özünə sığınacaq tapmış PKK-nın bir qolu olan YPĞ-nı təhlükəsizliyi üçün problem görür. Elə bu səbəbdən də qardaş ölkə Suriya ərazisində YPĞ terror təşkilatına qarşı antiterror əməliyyatı həyata keçirmək istəyir.
Ancaq maraqlısı ondan ibarətdir ki, terrorizmə qarşı mübarizəni əldə bayraq edən bir sıra ölkələr, xüsusilə də Birləşmiş Ştatlar elə terrora qarşı mübarizəni önləmək, onun qarşısını almaq istəyir. Hər halda Vaşinqtonun ciddi cəhdlə Türkiyəni "Cənub Hərəkatı"ndan yayındırmağa çalışması belə deməyə əsas verir. Burada qeyd etmək yerinə düşər ki, Birləşmiş Ştatlar Türkiyənin Suriyada "Zeytun budağı" antiterror əməliyyatı, yaxud "Fərat qalxanı" əməliyyatı həyata keçirməsinə də ciddi şəkildə etiraz edirdi. Bunun isə səbəbi hər kəsə bəllidir. Belə ki, Suriya ərazisində fəaliyyət göstərən PKK-nın Suriya qanadı YPĞ müəyyən mənada Birləşmiş Ştatların maraqlarına xidmət edir. Əgər belə olmasaydı Birləşmiş Ştatlar qeyri-rəsmi səviyyədə belə sözügedən terror təşkilatına dəstək nümayiş etdirməz. Onlara hərbi yardım göstərməzdi. Məhz YPĞ terror təşkilatı da Türkiyəni elə Birləşmiş Ştatların silahları ilə vurur. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Vaşinqton Suriyada YPĞ-nın əli ilə maraqlarının təmin olunmasından dolayı Türkiyənin "Cənub Hərəkatı"na qarşıdır. Elə əksər ekspertlər də bu qənaətdədirlər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyənin Suriyanın Menbic və Fəratın Şərq sahilinə "Cənub Hərakatı" kod adlı hərbi əməliyyatı Vaşinqtonu hərəkətə gətirib. Onun sözlərinə görə, hər vəchlə Pentaqon belə bir əməliyyatın qarşısını almağa çalışır: "Qeyd edim ki, İraqın şimalında Kürd muxtraiyyətinin peşmərgələri və PKK terrorçular Fəratın Şərq sahilində Türkiyəyə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edilir. Təbii ki, plan Anakaraya qarşı ciddi dirəniş göstərmək və böyük itki yaşatmaqdı. Hətta informasiyalara görə Birləşmiş Ştatlar xüsusi təyinatlıları YPG uni formasında Türkiyəyə qarşı döyüşmək üçün hazırlanır. Vaşinqton Türkiyəni bu əməliyyatdan çəkindirə bilməsə, YPG vasitəsi ilə Türkiyə ilə açıq döyüşə girəcək. Son variant bundan aslıdır". Politoloq deyib ki, Vaşinqton Türkiyənin bu əməliyyatının qarşısını almaq üçün, FETÖ təşkilatının üzvülərinə qarşı Birləşmiş Ştatlarda həbslər həyata keçirir, həmçinin Fətullah Gülənin ekstradisyasının mümükün olduğunu qeyd edirlər: "Təbii ki, bu, Türkiyənin "Cənub Hərakatı" hərbi əmıliyyatının qarşısını almağa yönəlib. Rusiya Türkiyənin bu əməliyyatına dəstək verir. Çünki, NATO müttəfiqi olan iki ölkə arasında yaşanan gərginlik Moskvanın geosiyasi maraqlarına cavab verir. Hətta, Moskva Əsədi bu əməliyyata dəstək vermək üçün razı salıb. Suriyada Birləşmiş Ştatlar və Türkiyə arasında siyasi qarşıdurmanın hərbi qarşıdurmaya geçməsi gözlənilməsə də, iki ölkə arasında müttəfiqlik əlaqələrində dərin böhran yaradır. Qeyd edim ki, Vaşinqtonun üçüncü vasitə ilə Türkiyəyə qarşı mübarizə aparması gözlənilir".
Mərkəz rəhbəri deyib ki, Birləşmiş Ştatlar Suriyada kəskinliklə Kürd kartından əl çəkməyəcək: "Suriyada əsas müttəfiqi terrorçu kürd təşkilatları vasitəsi ilə öz regional maraqlarını davam etdirəcək. Amma, bu uğurlu alınmayacaq. Ona görə ki, Rusiya Suriyada güclənir və Türkiyə, İran bu plana qarşı birgə hərəkət edirlər.
Birləşmiş Ştatlar Türkiyə ilə Suryada birgı hərəkət etsəydi, bu gün Suriya Amerikanın tam nəzarətində idi. Sadəcə, İsrail faktoru Birləşmiş Ştatları Türkiyəni deyil, YPG terror təşkilatını seçməyə vadar edib. Qeyd edim ki, ABŞ-ın görüntü olaraq FETÖ ya qarşı həbsləri və Gülənin ekstradisiya etmək kimi mesajı reallıqlara əsaslanmır".
Füzuli