"...Rusiya Ermənistanda çevriliş edəcək" - Millət vəkili
17 Dekabr 2018 18:12 Siyasət"Qondarma Dağlıq Qarabağ rejiminin "rəhbəri" Bako Saakyan və Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Robert Koçaryan mafiasının nümayəndələridir".
Bunu millət vəkili Araz Əlizadə söyləyib. Parlament üzvü qeyd edib ki, Paşinyan da həmin mafianın rəhbəri və üzvlərini bir-bir sıradan çıxarmaq istəyir:
"Məhz ona görə də, düşmən ölkənin daxili siyasətində gərginlik yaşanır. Bu böhran davam edir. Paşinyan "Qarabağ klanı" ilə mübarizəni davam etdirdikcə, gərginlik artacaq və işğalçı ölkə xaosa bürünəcək".
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) mövqeyinin tamamilə zəiflədiyini diqqətə çatdıran deputat bəyan edib ki, Paşinyan və komandası Rusiyanı qəbul etmək istəmir:
"Bu da onların hakimiyəti, eləcə də Ermənistan üçün yaxşı heçnə vəd etmir. Çünki Paşinyanın Rusiyanın orbitindən çıxması üçün Qərb Ermənistana böyük məbləğdə pul xərcləməlidir. Ona görə ki, Ermənistanın varlığı Rusiya iqtisadiyyatından asılıdır. İşağlçı ölkənin Rusiya orbitindən çıxması üçün bu pulu ona kim verəcək ? Ermənistanın ernerjiyə olan tələbatını kim təmin edeəcək ? Düşünürəm ki, Qərb Ermənistan kimi perspektivsiz ölkəyə bu qədər vəsait sərf etməz".
A.Əlizadənin qənaətinə görə, Paşinyan Rusiya orbitindən çıxmağa çalışacaq, amma bunu bacarmayacaq:
"Çünki Paşinyan bu istiqamətdə real addım atarsa, Rusiya Ermənistanda çevriliş edəcək. Şimal qonşumuzun separatçı ölkədə ordusu var. Moskva o ordu ilə Ermənistanda istədiyi hər şeyi edə bilər. Paşinyan bunu unutmamaldır".
sherg.az