Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olunub

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib.

Nazirlikdən  verilən məlumata görə, P.Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən Çili diplomatı iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31