Ermənistanda 20 “Azərbaycan casusu” həbs edilib

1993-cü ildən indiyə qədər Ermənistanda Azərbaycanın xeyrinə casusluğa görə 20 nəfər həbs edilib.

Bu barədə Ermənistanın Xüsusi İstintaq İdarəsinin nümayəndəsi Tiqran davityan deyib.

Onun iddiasına görə, həbs edilən şəxslər Azərbaycanın xeyrinə işləyiblər.

"Onlar Azərbaycana hərbi, elmi-tədqiqat sahəsində müxtəlif informasiyalar ötürüb", - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda indiyə qədər bir çox şəxs "Azərbaycan casusu" damğası ilə həbsə atılıb.
 

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31