Azərbaycan siyasi-diplomatik mərkəz statusunu qazanıb

Seçimin ölkəmiz üzərində dayanılması təsadüfi deyil

Son illər Azərbaycan müxtəlif sahələri əhatə edən  beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Paytaxtımızın indiyədək ev sahibliyi etdiyi möhtəşəm tədbirlər arasında Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu və başqalarını qeyd etmək olar. Bundan başqa, ölkəmizdə  2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilıb. Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfü deyil. Bu hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində  Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda  ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır. Məhz bu amilin nəticəsidir ki, hazırda Azərbaycan siyasi dialoqlar paytaxtı statuzunu qazanıb. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun Bakıda keçirilən görüşün ardınca paytaxtımız Bakı yenə iki mühüm təbdirə, beynəlxalq toplantıya uğurla evsahibliyi etdi. Eyni gündə həm Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası, həm də Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başladı. Hər iki tədbirdə də bölgəmiz, regionumuz, dünyamız üçün çox önəmli məsələlər müzakirə olundu, fikir mübadilələri aparıldı, ən əsası da hər iki təbdir çox konstruktiv məcrada, qarşılıqlı anlaşma şəraitində keçdi. Siyasi ekspertlərin qənaətinə görə, son illər Azərbaycan müxtəlif sahələri əhatə edən  beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib. Beynəlxalq tədbirlər çərçivəsində ölkiəmizə gələn qonaqlar növbəti dəfə Azərbaycanın mədəniyyəti, onun milli dəyərləri, tarixi və ənənələri ilə tanış olmaq imkanı qazanır. Ölkəmizi daha yaxından tanıyır və öyrənir, eyni zamanda Azərbaycan da  öz sözünü dünyaya çatdırır və  müxtəlif məsələlərlə bağlı mövqeyini səsləndirir. Eyni zamanda   beynəlxalq tədbirlər vasitəsi ilə  Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırır. Siyasi analitiklərin fikrincə, xarici təşkilatların beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan olaraq  Azərbaycanı seçməsi heç də təsadüfü deyil. Çünki son bir neçə ildə mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycanın bunun öhdəsində  uğrla gəlməsi, nüfuz qazanması və təşkilatı məsələlərə xüsusi önəm verməsi  diqqətdən kənarda qalmır. Ən əsası   dünyada cərəyan edən hadisələr fonunda  ölkədə stabilliyin olması, seçimin məhz Azərbaycan üzərində dayanılması ilə nəticələnir. Keçirilən Beynəlxalq tədbirlərin digər üstünlüyü  ölkə iqtisadiyyatına təkan verməsidir. Çünki Azərbaycana hər hansı tədbirə gələn xarici  investorlar, burada yatırımlar üçün əlverişli şəraitin və imkanların olmasını, eyni zamanda biznesin inkişaf etdirilməsi üçün sabitliyin  hökm sürdüyünü görür. Bu baxımdan beynəlxalq səviyyəli tədbirlər investisiya cəlbi üçün də əhəmiyyətli təbliğat vasitəsi sayılır.

Bakıda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransının əhəmiyyətinə toxunan millət vəkili Eldəniz Səlimov Azərbaycanın bütün beynəlxalq və regional qurumlarla əməkdaşlığa üstünlük verdiyini, eyni zamanda, parlament diplomatiyasının önəminə diqqət yetirdiyini qeyd edərək, bildirib ki, hər iki təşkilatla da əməkdaşlıq, münasibətlər yüksələn xəttlə inkişaf etməkdədir: "Azərbaycan həm QDİƏT-in, o cümlədən, həmin qurumun Parlament Məclisinin, həm PAİ-nin fəal  üzvlərindəndir. Hər iki qurumda da Azərbaycan nümayəndə heyəti çox layiqincə təmsil olunur. Bunlar çox önəmli məqamlardır, Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin olduğu kimi, dünyaya çatdırılması baxımından mühüm tribunalardır. Xüsusilə də, PAİ kimi dünyanın bütün qitələrini özündə birləşdirən biri qurumla əməkdaşlıq çox faydalı və gərəklidir. Təsadüfi deyil ki, PAİ-nin GənC Parlament Üvlərinin 5-ci Qlobal Konfransında  dünyanın 44 ölkəsindən 250-yə nümayəndə iştirak edirdi. Hansı ki, onların çoxu ilk dəfə idi ki, Azərbaycanda olurdu, ölkəmizlə ilk tanışlıq fürsəti əldə edirdi, həmçinin, Azərbaycanın inkişafının sözdə deyil, əməldə özünü göstərdiyini öz gözləri ilə görmək şansı qazanırdı. Gəldilər, öz gözləri ilə gördülər ki, Azərbaycan bu gün dünyanın ən dinamik və ən sürətli inkişaf yolunda olan ölkəsidir, ətrafı qazan kimi qaynamasına, 30 ildən artıq haqsızcasına, ədalətsizçəsinə Qarabağ münaqişəsi yaşamasına baxmayaraq, yerləşdiyi regionun, coğrafiyanın sabitlik və təhlükəsizlik adasıdır. Tədbirə layiqincə evsahibliyi edən Bakı dünyanın ən gözəl və ən təmiz şəhərlərindəndir. Bunu elə ikigünlük konfrans zamanı PAİ üzvü olan ölkələrin parlamentariləri də özləri dilə gətirdilər, hətta, Bakıdan öyrənilməli, götürülməli olan çox şeylərin olduğunu vurğuladılar. Bunları eşitmək, dinləmək də təbdirə evsahibliyi edən ölkənin nümayəndələri, vətəndaşları olaraq bizim üçün çox xoş, məmnuniyyətverici idi. Bunları, ölkəmiz, məmləkətimiz, xalqımız, millətimiz, baş şəhərimiz haqqında xoş sözləri dinlədikcə fəxr edir, qürür, iftixar hissi keçirirdik ki, azərbaycanlıyıq, Azərbaycan vətəndaşıyıq. Onu da əlavə edim ki, ikigünlük müzakirələr zamanı çox mühüm məsələlər nəzərdən keçirildi, hər bir ölkəyə öz mövqeyni ortaya qoymaq imkanı verildi, dünyamızla, gələcəyimizlə bağlı ən müxtəlif və maraqlı çağırışlar edildi, ideyalar, təkliflər irəli sürüldü, mesajlar verildi. Həmçinin, maraqlı məqamlardan biri kimi, gənclərin cəmiyyətlərin, toplumların, dövlətlərin həyatlarındakı önəminə, perspektivinə, onların verə biləcəyi töhfələrə xüsusi diqqət yetirildi. Gənclərlə, gənclər siyasəti ilə bağlı məsələdə də Azərbaycanın örnək, nümunə ola biləcəyi söylənildi. Odur ki, hər iki tədbiri, xüsusən də, iştirakçısı olduğum Qlobal Konfransı çox yüksək qiymətləndirir, dəyərləndirir və hesab edirəm ki, bunlar Azərbaycanın növbəti siyasi-diplomatik uğurlarıdır. Bu uğurlar isə ölkəmizin gələcək inkişafında, o cümlədən, ağrılı problemimiz olan Qarabağ münaqişəsinin ədalətli həllində mütləq öz rolunu oynayacaq, öz töhfəsini verəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31