Ərdoğanın "əxlaqsız" adlandrdığı aparıcıdan cavab
16 Dekabr 2018 22:01 SiyasətTürkiyəli aparıcı Fatih Portakal onu ədəbsiz adlandıran prezident Rəcəb Tayyib Ərdoğana cavab verib.
Teleqraf.com xəbər verir ki, Portokal Tvitter hesabında "Kaş ki, "başı kəsilməlidir" deyənlərə də bir-iki söz deyiləydi. Hər şey bir tərəfə, chr("39")ədəbsiz və əxlaqsızchr("39") deməsəydi yaxşı idi", deyə qeyd edib.
Qeyd edək ki,Fatih Portakalın Parisdəki etirazlardan sonra "Qiymət artımlarına etiraz edin, neçə nəfər küçəyə çıxa biləcək" sözləri Ərdoğanın qəzəbinə tuş gəlmişdi
"Özünü, həddini tanımayan, ədəbdən yoxsul biri TV-yə çıxıb insanları küçəyə çıxmağa çağırır. Əxlaqsıza bax, əxlaqsıza bax, bu nə tərbiyəsizlikdir", deyə Ərdoğan Portakal haqqında etdiyi çıxışında bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31