Gürcüstanın yeni prezidenti and içdi

Gürcüstanın yeni prezidenti Salome Zurabişvili rəsmi şəkildə and içib.

Axar.az xəbər verir ki, Zurabişvilinin andiçmə mərasimi Gürcüstan televiziyası tərəfindən canlı yayımlanıb.

İnauqurasiya mərasimi Telavidəki qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçirilib. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır. Mərasimdə müxtəlif dövlətlərin nümayəndələri, Gürcüstan hökumətinin üzvləri, Patriarx II İlya, hərbçilər, eks-prezident Georgi Marqvelaşvili və ailə üzvləri iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31