Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM - VİDEO

Prezident İlham Əliyevin instaqram səhifəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video paylaşıb.

Prezident İlham Əliyevin instaqram səhifəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video paylaşıb.

Dövlət başçısının 2010-cu ilin noyabr ayında Mübariz İbrahimovun nəşinin Ermənistandan alınaraq Bakıya gətirilməsi və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmiş vida mərasimində çəkilmiş kadrların əks olunduğu video-sujet izləyicilərin böyük rəğbətini qazanıb. Prezident İlham Əliyev həmin gün, hərbçilərin, Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvlərinin qarşısında deyib: "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir".

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31