Azərbaycanın təcrid siyasəti nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır

Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu ölkəmizin mövcud imkanlarını, potensialını artırmaqla yanaşı, onun beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirir. Bu amil isə bizə bir çox prinsipial məsələlərin həllində, eləcə də Dağlıq Qarabağ problemində dividentlər gətirir. Artıq dünyanın aparıcı təşkilat və qurumları, eləcə də dövlətləri Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edirlər. Nədən ki, Azərbaycanın maraqları məhz beynəlxalq hüquq və prinsiplərə söykənir.

Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu ölkəmizin mövcud imkanlarını, potensialını artırmaqla yanaşı, onun beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirir. Bu amil isə bizə bir çox prinsipial məsələlərin həllində, eləcə də Dağlıq Qarabağ problemində dividentlər gətirir. Artıq dünyanın aparıcı təşkilat və qurumları, eləcə də dövlətləri Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edirlər. Nədən ki, Azərbaycanın maraqları məhz beynəlxalq hüquq və prinsiplərə söykənir.

Ölkəmizin apardığı uğurlu xarici siyasət nəticəsində əksər beynəlxalq təşkilatların Ermənistanı işğalçı kimi tanıması İrəvanın onsuz da ağır olan durumunu bir qədər də drammatikləşdirir. Azərbaycanın düşünülmüş və düzgün həyata keçirdiyi siyasətin nəticəsidir ki, artıq İrəvan öz yaxın müttəfiqləri tərəfindən belə arzuedilməz bir dövlətə çevrilir. Ən son Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında keçirilən zirvə görüşü və belə demək mümkünsə həmin görüşdə Ermənistanın cəzalandırılması fonunda bunu aydın gördük. 

İndi Ermənistan bir tərəfdən daxili siyasi gərginlik. digər tərəfdən beynəlxalq aləmdən sanki təcrid edilmiş bir ölkə təsiri bağışlayır. Daxili siyasi gərginliyi şərtləndirən başlıca faktor işğalçı ölkənin çətin iqtisadi vəziyyətldir ki, Ermənistanın belə bir vəziyyətlə üzləşməsinin də iki əsas səbəbi var. Birincisi, onun işğalçılıq siyasətinin davam etməsi, ikincisi bu işğalçılıq siyasətini davam etdirməsi səbəbindən cəzalandırılması. Bu gün açıq desək Ermənistan məhz həyata keçirdiyi işğalçılıq siyasətindən dolayı Azərbaycan tərəfindən haqlı olaraq cəzalandırılır. Bu ölkənin regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən kənarda qalmasının başlıca səbəbkarı məhz Azərbaycandır. İndiyə qədər regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Şimal-Cənub Nəqliyyat Dəhlizi, TANAP, TAP kimi layihələrdən kənarda qalması nəhz Bakının İrəvana qarşı həyata keçirdiyi təcridetmə siyasətinin nəticəsidir. Düzdür, bunu İrəvanda gözəl anlayırlar. Lakin Ermənistanda hakimiyyətdəki qüvvələr öz kreslolarını itirməkdən ehtiyat edərək konstruktiv mövqeyə meyil göstərmirlər. Aqressiya və qeyri-kompromis mövqenin qalması isə Ermənistanı getdikcə daha da uçuruma aparır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ötən gün 2018-ci ilin idman yekunlarına həsr olumuş  mərasimdə çıxışı zamanı bu məqama toxunaraq  bir növ işğalçı ölkə rəhbərliyini bütün bunlardan nəticə çıxarmağa çağırıb: "Azərbaycanın ardıcıl, məqsədyönlü siyasəti Ermənistanda iyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejiminin kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyənədək bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlanacaq. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Azərbaycanın təcrid siyasəti nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır".

Hazırda cərəyan edən proseslər onu deməyə əsas verir ki, Dağlıq Qarabağ probleminin həlli yaxın vaxtlarda mümkün görünür. Bu bir tərəfdən Azərbaycanın apardığı düzgün və məqsədypnlü xarici siyasət, Ermənistanın işğalçılıq siyasətinin tərəfimizdən ifşa edilməsi, digər tərəfdən isə Azərbaycanın dünya miqyasında çox böyük nüfuza, hörmətə malik olması ilə bağlıdır. Çünki artıq dünya birliyi də gözəl dərk edir ki, Ermənistan. eləcə də onun işğalçılıq siyasəti Cənubi Qafqaz üçün ciddi təhdid, təhlükədir. Ona görə də bu problemin həllinə olan diqqət getdikcə artır. Təsadüfi deyil ki, dövlət başçısı da bu məqama diqqət çəkərək bildirib: "Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədində göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı dəstəklənir. Ermənistanın üzv olduğu, Azərbaycanın üzv olmadığı təşkilatlarda da bizim mövqe üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur".

Göründüyü kimi aparılan məqsədyönlü və düşünülmüş siyasət Azərbaycanın mövqelərini gündən-günə möhkəmlədir ki, bu da hər bir məsələdə olduğu kimi Dağlıq Qarabağ probleminin həlli məsələsində də dövlətimizin maraqlarının təmin olunacağına böyük ümidlər yaradır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31