ABŞ-ın İrəvandakı yeni səfirindən Qarabağ mesajı

Ermənistanla bütün istiqamətlərdə münasibətləri inkişaf etdirmək lazımdır.

Bunu Senatda dinləmələr zamanı ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Lin Treysi deyib.

"Bizim Ermənistana qarşı siyasətimiz - qonşuları ilə sülh şəraitində yaşayacaq demokratik, çiçəklənən və müstəqil Ermənistanın gücləndirilməsi - dəyişməzdir. Özünün öz tərəfdaşlarını seçməli olduğu Ermənistanın suverenliyinə bağlılığımı təsdiqləyirəm", - deyə o bildirib.

Qeyd edək ki, Senat bundan öncə Treysinin Ermənistanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31