Deputat: "Ermənistanda ciddi terror təhlükəsi var, ona görə də ABŞ...."

"... öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyyə edir. Bu isə hələ başlanğıcdır"

"Ermənistandakı işğalçı və terrorçu rejim "demokratik" sayıla bilərmi?".

Bunu millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanda 30 ilə yaxındır ki, hərbi xunta, diktatura hökm sürür: 

"Rəhbərlikdə kimin olmasından asılı olmayaraq, düşmən ölkədə rejim həmişə terroru dəstəkləyib. Ermənistan beynəlxalq təşkilatların hesabatında hər zaman terroru dəstəkləyən ölkə kimi təqdim olunub. Çünki düşmən ölkə həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında PKK və ASALA başda olmaqla, digər terror təşkilatlarına sığınacaq verib, onların təlim keçməsinə şərait yaradıb. Terror qruplaşmalarının əsas bazaları məhz Ermənistanda yerləşdirilib. İrəvanın terrorçu yetişdirdiyi dünya ictimaiyyətinə də bəllidir. Ölkədə ciddi terror təhlükəsi var. Ona görə də ABŞ öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyyə edir. Bu, hələ başlanğıcdır".

E.Məmmədovun sözlərinə görə, erməni dövləti hüquqla, qayda-qanunla deyil, zorla, kriminal aləmin qanunları ilə idarə olunub: 

"Şübhəsiz ki, bundan sonra da vəziyyət dəyişməyəcək. Gedişat bunu göstərir. Ermənilər statistikalarında göstərirlər ki, hər ildə Ermənistanı 30-40 min vətəndaş tərk edir. Təsəvvür edin, son 10 ildə ölkədən nə qədər adam gedib. Hazırda Ermənistanda heç 2 milyon əhali yaşamır. Ancaq Paşinyana xidmət edən MSK seçicilərin sayını 2.5 milyon nəfər göstərir. Belə məqamda hansı şəffaflıqdan, demokratiyadan danışmaq olar? Çoxları Paşinyanın hakimiyyətə necə yiyələndiyini unudur. 

O, küçənin təzyiqi, hədə-qorxusu ilə, zorla vəzifəyə gəlib, ölkədə siyasi çevriliş edib. Paşinyandan əvvəl hakimiyyətdə olanlar da erməni vətəndaşlarının qanı üzərində taxt qurublar. Vəzifələrini saxlamaq üçün nə qədər insan öldürüblər. Siyasi qüvvələr daim öz rəqiblərinə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. Mənə elə gəlir ki, parlamentdən kənarda qalan siyasi qruplaşmalar Paşinyanı sərbəst buraxmayacaqlar".

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi Yeni il ərəfəsində bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib. Onlardan daha ayaıq-sayıq olmaq tələb edilib. Xəbərdarlıqda bildirilib ki, Ermənistanda bayram mövsümündə ənənəvi olaraq cinayətkarlıq, xüsusən, soyğun, oğurluq halları artır: "Ekstremistlər qərb sakinlərinin tez-tez ziyarət etdikləri ticarət mərkəzləri, aeroport, klublar, restoranlar, nəqliyyat qovşaqları kimi turistik məkanlara fokuslanmağa davam edirlər".

sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31