"Azərbaycan Avrasiya təhlükəsizliyinin mühüm elementinə çevrilib"
“ABŞ və Rusiya ali hərbi dairələrinin Qlobal və Avropa təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün Bakını seçmələri böyük tarixi hadisədir. Super güclər Bakının üzərində təsadüfən dayanmayıblar. Onların bu qərarı Azərbaycanın dünya gücləri arasında balanslı diplomatiya aparmaqda böyük səriştə sahibi olduğunun bariz ifadəsidir”. Bu fikirləri “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekseprt Aydın Quliyev deyib.
13 Dekabr 2018 16:17 Siyasət"ABŞ və Rusiya ali hərbi dairələrinin Qlobal və Avropa təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün Bakını seçmələri böyük tarixi hadisədir. Super güclər Bakının üzərində təsadüfən dayanmayıblar. Onların bu qərarı Azərbaycanın dünya gücləri arasında balanslı diplomatiya aparmaqda böyük səriştə sahibi olduğunun bariz ifadəsidir".
Bu fikirləri "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekseprt Aydın Quliyev deyib.
O bildirib ki, hər iki super güc Azərbaycana və Prezident İlham Əliyevə sonadək güvəndiklərini göstərdilər: "Bu hadisə Azərbaycanın illər boyu apardığı balanslı diplomatiyanın, Azərbaycan Prezidentinin dövlət başçısı və insan kimi malik olduğu yüksək keyfiyyətlərin məntiqi nəticəsidir: "1975-ci ildə Avropanın təhlükəsizlik sistemi və perspektivləri Avropanın özündə müzakirə olunduğu halda bu gün Avropanın təhlükəsizlik məsələsi Bakıda müzakirə edilir. Bakı Avrasiyanın Helsinkisinə çevrilmək üçün çox böyük göstəricilərə malikdir".
Bakıda 2017-ci ildən bu günədək dörd dəfə belə müzakirələrin keçirildiyini xatırladan ekspert söyləyib ki, görüşlərin nəticələrinə baxdıqda əslində Bakıda Avrasiyanın yeni təhlükəsizlik sisteminin yaradılması üzərində iş getdiyinin şahidi olarıq: "Bu mütərəqqi prosesdə Azərbaycan Prezidentinin böyük xidmətləri var. Bakıda bu proseslər Avropa təhlükəsizlik sistemində və konsepsiyasında mühüm islahatlara ehtiyac olduğu bir vaxtda gedir. Müəyyən hallarda ABŞ-la Avropanın münasibətlərində baş verən dəyişiklikləri nəzərə almaq lazımdır".
A.Quliyev qeyd edib ki, Azərbaycan Avrasiya təhlükəsizliyinin mühüm elementinə çevrilib: "Bu istiqamətdə verilən töhfələrə görə Azərbaycanı üstələyə bilən ikinci ölkə yoxdur. ABŞ-la Rusiya arasında belə pozulmaz balanslı diplomatiya aparmaq hər ölkənin imkanlarında deyil. Burada diplomatik ənənə, etibarlı tərəfdaş imici, öhdəliklərə sədaqət, sülh işi üçün məsuliyyət və əlbəttə dövlət başçısının istedadı həlledici rol oynayır. Bakıda əldə olunmuş və ya aparılmış ABŞ - Rusiya müzakirələrinin real nəticələri özünü mütləq göstərəcək".
Qeyd edək ki, ötən gün Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.
SİA