Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirə qatılıb

İstanbul şəhərində BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin təşkilatçılığı ilə Milli İnsan Hüquqları Təsisatlarının cinsi və reproduktiv sağlamlıq hüquqlarının öyrənilməsi sahəsində rolu mövzusunda qlobal səviyyəli görüşü keçirilib və ölkə təcrübələri üzrə geniş müzakirələr aparılıb. Ombudsman Aparatından “Olaylar”a bildirilib ki, beynəlxalq tədbirin sessiyalarına BMT Əhali Fondunun, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRİ) rəsmi şəxsləri, xarici ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları Təsisatlarının və onları birləşdirən təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər qatılıb və məruzələrlə çıxış ediblər.

İstanbul şəhərində BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin təşkilatçılığı ilə Milli İnsan Hüquqları Təsisatlarının cinsi və reproduktiv sağlamlıq hüquqlarının öyrənilməsi sahəsində rolu mövzusunda qlobal səviyyəli görüşü keçirilib və ölkə təcrübələri üzrə geniş müzakirələr aparılıb. Ombudsman Aparatından "Olaylar"a bildirilib ki, beynəlxalq tədbirin sessiyalarına BMT Əhali Fondunun, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRİ) rəsmi şəxsləri, xarici ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları Təsisatlarının və onları birləşdirən təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər qatılıb və məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfransda Azərbaycan Ombudsman təsisatını Aparatın şöbə müdiri Rəşid Rumzadə təmsil edib. O, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın dəstəklədiyi və BMT-nin Əhali Fondunun ölkə Ofisi ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi" üzrə fəaliyyət, İnsan Hüquqları üzrə Müvəkkilin bu sahədə həyata keçirdiyi işlər barədə məruzə ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31