"Ermənistanda xalqın iradəsi bir rol oynamır"

“Ümumiyyətlə Ermənistanda son keçirilən seçkilər işğalçı ölkənin 1990-cı illərdən bu yana keçirdiyi ən uğursuz bir seçki idi. Erməni politoloqlar özləri də etiraf edir ki, ən az elektoratın iştirak etdiyi, qatıldığı bir seçki oldu”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

"Ümumiyyətlə Ermənistanda son keçirilən seçkilər işğalçı ölkənin 1990-cı illərdən bu yana keçirdiyi ən uğursuz bir seçki idi. Erməni politoloqlar özləri də etiraf edir ki, ən az elektoratın iştirak etdiyi, qatıldığı bir seçki oldu". Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, elektorat seçkinin nəticələrinə inanmadığı halda seçkiyə biganə olur: "Artıq o bilir ki, onun səs verib-verməməsinin heç bir əhəmiyyəti yoxdur. Bu artıq birbaşa seçkilərin qeyri-demokratik keçirilməsi və saxtalaşdırılmasının göstəricilərindən biridir. Digər tərəfdən beynəlxalq təşkilatların bu seçkilərə göz yumması və adekvat reaksiya verməməsinin iki mühüm səbəbi var. Birincisi, Ermənistanın özünün beynəlxalq təşkilatlar üçün əhəmiyyətsiz bir dövlət olmasıdır. Yəni seçkilərdə kimin partiyasının qazanmasının, kimin parlamentdə çoxluq əldə etməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki morienet bir dövlətdir. Beynəlxalq təşkilatlar da yaxşı bilirlər ki, Ermənistan deyilən dövləti kimlər idarə edir. Yəni orada nə xalqın iradəsi bir rol oynamır, nə də xalqın seçdiyi seçilənlər mühüm rol oynamır. Bu mənada beynəlxalq təşkilatlar işğalçı ölkəyə o qədər barmaqarası baxırlar ki, nəticədə seçkinin kimin keçirib-keçirməməsinin heç bir əhəmiyyəti yoxdur.

Xatırlayırsınızsa, bundan öncəki seçkilərdə hətta prezidentliyə namizədə sui-qəsd olmuşdu, seçkinin nəticələrini tanımayan müxalifətə qarşı gülləbaran təşkil edilmişdi, eləcə də parlamentlərində deputatları, baş naziri və s. rəsmi şəxsləri güllələmişdilər. Təbii ki, o zaman da adekvat reaksiya olmadı. Yəni bu saat Ermənistanda hakimiyyətdə kimin olmasının o qədər də əhəmiyyəti yoxdur. Paşiyanın qrupunun seçkilərdə qalib gəlməsinə gəlincə deyərdim ki, bu tam uğursuz, hətta heç bir siyasətə dəxli olmayan bir komandadır. Düşünürəm ki, onlar qısa müddət ərzində siyasət səhnəsindən gedəcək və heç bir müsbət nəticə əldə olunmayacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31