"Müzakirələr üçün ən münasib məkan Bakıdır"

"NATO generalı ilə Rusiya Baş Qərargah rəisinin Bakını görüş məkanı kimi seçməsində böyük məna var. Bu onu göstərir ki, Azərabycan təhlükəsiz və inkişaf edən ölkə kimi dünya tərəfindən dəyərləndirilir". Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, həm də rəsmi Bakı hər zaman qlobal miqyasda sülh və əminamanlığın tərəfdarı kimi çıxış edir, multikultural və tolerant məkan kimi tanınıb: "Keçirilən Humanitar Forumlarla Bakı dünyanı narahat edən məsələləri müzakirə edilən beynəlxalq məkan statusu qazanıb. Həm də rəsmi Bakının apardığı tarazlı beynəlxalq siysasət dünya gücləri tərəfindən də qəbul olunur. Bu gün Rusiya ilə NATO arasında fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqlarının daha da qloballaşmaması üçün hərbi rəhbərlərinin görüşməsinə və birgə müzakirələrə ehtiyac duyulurdu. Belə müzakirələr üçün də ən münasib məkan Bakıdır. Düşünürəm ki, generalların Bakı görüşü Rusiya ilə NATO arasında münasibətlərin qaydasına qoyulmasında həlledici rol oynayacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31