Qafqaz və Mərkəzi Asiya Birləşmiş Ştatlarla Rusiya arasında rəqabət meydanına çevrilir
Cənubi Qafqazda maraqlı proseslər gedir. Bir tərəfdən Qərb, NATO, digər tərəfdən isə Rusiya regionda möhkəmlənmək üçün ciddi şəkildə hərəkətə keçib. Bu arada Bakı hər iki güc mərkəzi arasında növbəti görüşə evsahibliyi etmək ərəfəsindədir. Regionda cərəyan edən proseslər, Bakıda keçirilən NATO-Rusiya görüşü barədə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə sualları cavablandırıb.
13 Dekabr 2018 13:50 SiyasətCənubi Qafqazda maraqlı proseslər gedir. Bir tərəfdən Qərb, NATO, digər tərəfdən isə Rusiya regionda möhkəmlənmək üçün ciddi şəkildə hərəkətə keçib. Bu arada Bakı hər iki güc mərkəzi arasında növbəti görüşə evsahibliyi etmək ərəfəsindədir. Regionda cərəyan edən proseslər, Bakıda keçirilən NATO-Rusiya görüşü barədə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə sualları cavablandırıb.
-Məhəmməd bəy, hazırda Rusiya və Qərb arasında gedən regional mübarizəni necə xarakterizə edərdiniz?
-Rusiyanən Xəzər dənizində Astarxanda yerləşən hərbi donanmasını Azərbaycanın şimal sərhəddində yerləşən Kaspiysk şəhərinə köçürməsi Cənubi Qafqaza və Xəzər dənizinə strateji nəzarəti gücləndirməyə hesablanıb. Qeyd edim ki, Kaspisyk şəhərinə hərbi donanmanı köçürməklə Rusiya heç də geostrateji mövqelərini qoruya bilməyəcək. Çünki, Birləşmiş Ştatlar başda olmaqla NATO şərqə doğru genişlənmə siyasətini davam etdirir. Hazırda Cənubi Qafqaz Orta Asiya ölkələri Alyansla əməkdaşlığı yeni mərhələyə qaldırırlar. Rusiyanın yalnız, bu addımları region ölkələrinə qarşı potensial təhlükə vəd edir.
-Burada Rusiyanın əsas hədəfi nədir?
-Kreml Astarxanda öz hərbi donanmasını Xəzərin cənub tərəfinə köçürməklə bir neçə hədəfi nəzərə alır. Birincisi, Azərbaycan üzərindən Qazaxıstana göndərilən ABŞ hərbi yüklərinin də qarşısını əngəlləmək. İkincisi, Bakı-Tiflis -Qars dəmiryolunun bərə xəttinə Asiyadan Avropaya daşınacaq yüklərə dənizdə nəzarət imkanlarını əlində saxlamaq. 3-cüsü, Yaxın Şərq istiqamətinə nəzarəti gücləndirmək. Bundan əlavə Rusiyanın güclü Xəzər hərbi donanması birbaşa sahil ölkələrinin milli təhlükəsizliyini təhdid etməklə, gələcək perspektivdə hərbi təzyiqləri qaçılmaz edə bilər. Bu gün Ukrayna ilə yaşanan dəniz böhranını Rusiya Azərbaycana da qarşı tətbiq etmək imkanlarına malik olacaq. Sərhədlərimizdə Rusiyanın güclü ballistik raket batareyalarının yerləşməsi sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
-Belə çıxır ki, region əsas rəqabət meydanına çevrilir
-Bəli. Qafqaz və Mərkəzi Asiya Birləşmiş Ştatlarla Rusiya arasında rəqabət meydanına çevrilir. Rusiya bununla, NATO-nun Şərqə, xüsusi ilə Qafqaza genişlənməsinə, Xəzərə çıxışına əngəl yaratmağı qarşısına məqsəd qoyub.
Hazırda Rusiyanın Xəzər dənizi ilə bağlı narahatlıqları var. ABŞ Qazaxıstan limanlarından istifadə hüququ almaqla Kremli qəzəbləndirib. Göründüyü kimi Cənubi Qafaqzda siyasi dayaqlarını itirməkdə olan Moskva öz hərbi kontingentini gücləndirməklə regionu nəzarətdə saxlayır. Kaspisysk şəhərində təkcə hərbi donanma deyil, regionun güclü hərbi təyyarə bazası da yaradılıb. Burada məqsəd Suriya üzərinə uçuşlar, həmçinin Xəzər dənizinin hava sərhəddini nəzarətdə saxlamaqdır. Rusiya iqtisadi böhrana baxmayaraq 10 milyard dollara burada öz hərbi bazasını inşa etdi.
-Bəs, Azərbaycan bu halda nə etməlidir?
-Azərbaycan bu kimi təhlükələrə qarşı öz hərbi potensialını gücləndirməli, xüsusi ilə raketdən və havadan müdafiə sistemlərini inkişaf etdirməlidir. Aydın olur ki, Rusiyanın Azərbaycana satmaqdan imtina etdiyi müasir havadan müdafiə raket sistemləri baş verən proseslərlə bağlıdır. Məhz bunu da dolayı yolla etiraf etdilər ki, bu raketlər dənizdə Rusiya hərbi donanması üçün təhlükə ehtiva edir. Ümumiyyətlə Xəzər dənizində Rusiyanın güclü hərbi potensialının olması, ballistik raketləri, sualtı qayıqları NATO-nun Xəzər və Mərkəzi Asiyaya doğru istiqamətinə sədd çəksədə qarşısını ala bilməyəcək.
-Bu arada Bakıda NATO-Rusiya görüşünün keçirilməsi nəzərdə tutulur. Bu görüşü necə dəərləndirərdiniz?
-Hesab edirəm ki, NATO və Rusiya generallarının Bakı görüşündə Ukrayna böhranı müzakirə olunacaq. Rusiya və Ukrayna arasında yaşanan Kerç böhranı NATO-nun Qara dənizdə hərbi donanmasının gücləndirməsinə və Şərqi Avropada hərbi hərkətliliyini artırmasına gətirir. Bu da Rusiyanı ciddi şəkildə narahat edir. Rusiyanın beynəlxalq dəniz konvensiyasını pozaraq Ukraynanın sahil sularını işğal etməsi, bu ölkənin gəmilərinin Azov dənizinə girişinə məhdudiyyətlər qoyması, hərbi insdentin baş verməsi NATO-nu hərəkətə gətirdi. Qərb ölkələri Rusiyanın bu təcavüzünün qarşısını almaq və Ukraynanın qanunsuz saxlanılan gəmilərini, hərbiçilərini girovluqdan azad etmək üçün siyasi-hərbi, diplomatik təmaslarına baxmayaraq Moskva əməli addımlar atmır. Görünür, müəyyən şərtlər daxilində buna gedəcəyi gözlənilir.
Bu böhran fonunda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti ilə Rusiyanın Silahlı Qüvvələrinin baş qəraragah rəisə general Valeri Gerasimovla Bakıda növbəti görüşü keçirilir. Qeyd edim ki, NATO və Rusiyanın Bakı görüşü əsasən, Kerç böhranı, Ukrayna gəmilərinin və hərbiçilərinin geri qaytarılması, Qara dənizdə NATO-nun hərbi gəmilərinin aktivliyi və s. məsələlər müzakirə olunacaq. Tərəflərin Bakı görüşündə müəyyən razılığa gələcəyi istisna edilmir. Çünki, Ukrayna ilə Rusiya arasında potensial müharibə təhlükəsi var. Rusiya öz hərbi qüvvələrini, tank qoşunlarını Ukrayna sərhədlərinə yaxın cəmləşdirib, həmçinin NATO Baltik və Polşa, Rumıniya ərazisində cəmləşdirir. Həmçinin Ukrayna ərazsində Qara dənizdə yeni hərbi qüvvələrini səfərbər edir. İki tərəf arasında mümükün qarşıdurma gözlənilməsə də, bu böhran Ukraynanın şərqində Donbasda yenidən müharibənin başlanmasına və xüsusi ilə Azov dənizində silahlı qarşıdurmaya gətirib çıxara bilər. Ona görə də davam edən böhranı danışıqlar yolu ilə həll etmək üçün əvvəlcədən razılaşdırılmış şəkildə generallar Bakı görüşündə müəyyən razılığa gələcəklər.
-Bakı görüşündə başqa hansı məsələlər müzakirə edilə bilər?
-Bu görüşdə Suriya münaqişəsi, Gürcüstanda NATO-nun fəliyyəti və digər məsələlər əsas müzakirə predmeti olacaq. Bakı görüşü Kerç böhranının yoluna qoyulmasında, yeni müharibənin qarşısını almaq üçün vacib addım oldu. Bu görüşdə NATO generalı Ukraynanın vəkili kimi Rusiya ilə danşıqlar aparacaq. Rusiya hərbi gərginliyin inkişaf etməməsi üçün Ukraynanın hərbiçilərini geri qaytarmalı və Azov dənizinə Ukrayna gımilərinin hərəkətinə mane olmamalıdır. NATO generalı mütləq şəkildə Rusiyadan bunları tələb edəcək. Moskvanın kompromisə gedəcəyi gözlənilir.
Süleyman