Bakı diplomatik və siyasi paytaxt şəhərinə çevrilib

Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir

Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət bəhrəsini verməkdədir. Yəni, artıq dünyanın super gücləri müstəqil Azərbaycanın yürütdüyü  balanslaşdırılmış xarici siyasətlə razılaşmaq zorunda qalıblar. Nəticədə Azərbaycan qlobal münaqişələrin, beynəlxalq sülh və təhlükəsizliyin müzakirə edildiyi məkana çevrilib. Xatırladaq ki, 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun hərbi komitəsinin sədri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında Bakıda görüşlər keçirilib. Hazırda bütün dünya ölkələrinin liderlərinin, strateji araşdırma mərkəzlərinin, eləcə də dünyanın aparıcı mətbuat orqanlarını gözü Azərbaycana diklilb. Səbəb   NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun Bakıda keçirilən görüşüdür. Maraqlıdır, sözgedən görüçün Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?

Əvvala qeyd edək ki, dünyada gedən proseslərlə bağlı vacib bir görüşün keçirilməsi üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın önəmindən xəbər verir. Bu gün Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında münasibətlərin aspektləri baxımından vəziyyətə nəzər salsaq, belə bir yüksək səviyyəli görüşün məhz Bakıda keçirilməsinin nə dərəcədə böyük əhəmiyyət malik olması aşkarlanır. Qətiyyətlə demək olar ki, sözgedən görüş üçün məkanın Bakının seçilməsi Azərbaycanın yürütdüyü müstəqil, beynəlxalq hüququn prinsiplərinə söykənən, qətiyyətli siyasətlə bağlıdır.Nəzərə almaq lazımdır ki, ölkəmiz bütün məsələlərdə, istər regional, istərsə də dünyada gedən beynəlxalq proseslərə münasibətdə birmənalı olaraq beynəlxalq hüququn prinsiplərinə söykənir. Ən vacib məsələlərin, ən kəskin həddə çatmış problemlərin həlli yolu kimi dialoqu üstün tutaraq qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Bu mənada Azərbaycan bu gün dünyanın iki supergücünün hər birindən bərabər məsafədə görünür. Bunun da əsas səbəbi Prezident İlham Əliyevin yürütdüyü müstəqil, ardıcıl və məqsədyönlü siyasətdir.

Siyasi ekspertlər hesab edirlər ki, ən qlobal məsələlərin həlli məqsədilə danışıqlar aparmaq üçün Bakının seçilməsi təsadüfi deyil. Azərbaycan həm Rusiya, həm NATO ilə  hərbi sahədə yaxın münasibətlər saxlayır. Heç şübhəsiz ki, danışıqların Bakıda keçirilməsi barədə qərar verilərkən Azərbaycanın obyektiv mövqeyi ilə fərqləndiyi, daim beynəlxalq hüququn prinsiplərinə sədaqət göstərdiyi və başqa ölkələrin siyasi quruluşlarına, adət-ənənələrinə hörmət göstərməsi nəzərə alınıb. Deməli, artıq Bakı beynəlxalq siyasi münaqişələrin müzakirə edildiyi "diplomatik paytaxt" şəhərinə çevrilib. Bu isə  Bakının geostrateji və geosiyasi mövqeyi ilə bağlı yürüdülən çoxvertikallı xarici siyasət nəticəsində qazandığı imicin təzahürüdür. Heç şübhəsiz ki, sözgedən görüş həlli vacib məsələlərin həlli perspektivlərinə müəyyən bir işıq salacaq. Bunun da məhz Bakıda baş verməsinin özü çox əhəmiyyətlidir ki, bunula da Azərbaycanın qlobal münaqişələrin həllində rolu artmış olur.

Digər tərəfdən belə bir görüşün keçirilməsi üçün Bakının seçilməsi onun neytral mövqeyə malik olması ilə əlaqələndirilir. Bu baxımdan demək olar ki, Bakıda belə bir mötəbər görüşün keçirilməsi ölkəmizə, ölkə rəhbərinə böyük bir etimaddır. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin xarici siyasəti düzgün və uğurludur. Məlumdur ki, hazırda dünyanın super güc mərkəzləri olan Rusiya və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər müsbət istiqamətdə getmir, ortada ziddiyyətli maraqlar mövcuddur. Hətta vəziyyət o həddə çatıb ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir. İki super dövlətin münasibətlərinin kəskin olduğu  bir məqamda isə Azərbaycanın mövqeyi önəmlidir. Ona görə ki, Azərbaycan həm Rusiya, həm də ABŞ-la düzgün münasibət qurub, üstəlik hər iki dövləti özünə tərəfdsaş hesab edir. Belə bir vəziyyət də ölkəmizin dialoq məkanına çevrilməsini təmin edən amillərdəndir. Bu baxımdan demək olar ki, Bakıda aparılan danışıqlar təkcə Rusiya və NATO-nun deyil, eləcə də dünya dövlətlərinin baxışına təsirsiz ötüşməyəcək.

Onu da qeyd edək ki, diplomatik və siyasi paytatx şəhərinə çevrilən Bakıda belə bir görüşün keçirilməsi Azərbaycanın  beynəlxalq aləmdə sülhün və təhlükəsizliyn təmin olunmasında rolunu artıracağı şübhə doğurmur. Məlumdur ki, bu vaxta qədər Azərbaycan müxtəlif sahələri əhatə edən kifayət qədər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunların sırasına sosial, iqtisadi, humanitar və mədəni tədbirlər olub.  İndi isə Bakı siyasi tədbirlərin məkanına çevrilib. Bu isə Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisinin artmasına təsir göstərir.Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan mütəmadi olaraq dünya ölkələrinin gələcəyini təmin edəcək layihələrin icrası üçün barış təşəbbüləri göstərir. Bu təşəbbüslər Suriya, Ukrayna və digər münaqişə ocaqlarına, eləcə də Rusiya-ABŞ arasında mövcud olan münaqişələrə aiddir. Bu, ölkəmizin siyasi mövqeyinin təzahürü kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun "diplomatik paytaxtı" olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır. Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir.

 Alim   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31