Separatçılar yeni SES-i istifadəyə verdilər – Qarabağda

Bir neçə gün əvvəl Tərtər çayı üzərində Su Elektrik Stansiyası (SES) istifadəyə verildi.

Bu barədə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların nümayəndəsi Araik Harutyunyan bildirib.

Harutyunyan qeyd edib ki, qarşıdakı illərdə SES 1 milyard kilovat-saata qədər elektrik enerjisi istehsal edə biləcək.

Separatçıların nümayəndəsi xarici ölkələrə elektrik enerjisi ixrac etməyi də planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, Araik Harutyunyan bir neçə gün əvvəl avropalı investorların Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni SES üçün 100 milyon dollar pul ayırdıqlarını açıqlamışdı.

O, nəzərdə tutulmuş anbarın Sərsəngin sağ sahilində qurulacağını demişdi.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31