Qənirə Paşayeva Çavuşoğluna təşəkkür etdi
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Antalya şəhərində Antalya Jurnalistlər Cəmiyyəti tərəfindən Nuri Dağtəkin Özül Ödülünə layiq görülüb.
12 Dekabr 2018 18:12 SiyasətMillət vəkili Qənirə Paşayeva Türkiyənin Antalya şəhərində Antalya Jurnalistlər Cəmiyyəti tərəfindən Nuri Dağtəkin Özül Ödülünə layiq görülüb.
Q.Paşayeva Antalya mətbuatının inkişafına, Antalya Jurnalistlər Cəmiyyətinin beynəlxalq arenaya çıxmasına, Azərbaycan və Antalya mediasının işbirliyinə verdiyi töhfələrə görə mükafatlandırılıb.
Millət vəkili səhhətində yaranan problemlə əlaqədar mərasimində iştirak edə bilmədiyindən mükafat Türkiyədə yaşayan azərbaycanlı hüquqşünas Lalə Həsənovaya təqdim edilib.
Qənirə Paşayeva bu dəyərli mükafata layiq görüldüyü üçün Antalya Jurnalistlər Cəmiyyətinin bütün üzvlərinə, onun başqanı Mövlud Yeniyə və mükafatı təqdim edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib.