İranla sərhəd mühafizəsinə dair protokol imzalanıb

İranın Sərhəd Qoşunlarının komandanı general-ma­yor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

İranın Sərhəd Qoşunlarının komandanı general-ma­yor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

"Olaylar" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin Aparatında İranın Sərhəd Qoşunlarının nümayəndə heyəti ilə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti arasında səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin və əldə olunan razılaşmaların nəticələrini təsbit edən protokol hazırlanıb, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İranın Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi tərəfindən imzalanıb. Protokolda tərəflər arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın geniş­ləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərə­kətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cüm­lədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiya­nın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlu­mat mübadiləsinin həyata keçiril­məsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31