Türkiyə XİN başçısı Bakıda QDİƏT iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Azərbaycana gələcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, o, Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31