"Heç bir məsələ Azərbaycan-Türkiyə münasibətlərini korlaya bilməz"
12 Dekabr 2018 13:10 Siyasət"Azərbaycan müstəqil dövlət olaraq istənilən ölkə ilə əməkdaşlıq edə bilər". Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın hər hansı ölkə ilə münasibət qurması Türkiyəni heç zaman narahat etməz: "Eyni zamanda Türkiyənin də hansısa ölkə ilə münasibət qurması Azərbaycanı narahat etməz. Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. Bizim münasibətlər heç nəyə bənzəməz. Heç bir məsələ bizim münasibətlərimizi korlaya bilməz".
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31