"Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır" - ATƏT PA-nın sədri

Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir. Bunu ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

ATƏT PA-nın sədri deyib: "Bu gün Cənubi Qafqazın iki ölkəsinin - Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır".

G.Tsereteli bu məsələni ATƏT xarici işlər nazirlərinin toplantısında da qaldırdığını bildirib.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31