Heydər Əliyev İstanbulda anıldı
Dekabrın 12-də İstanbulda Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi mərasimdə elm, iş və sənət dünyasının nümayəndələri, xarici qonaqlar, İstanbul Azərbaycan İcmasının fəal üzvləri iştirak ediblər. Mərasim zamanı ümummilli lider Heydər Əliyevin abidəsi önünə çələng və çiçəklər qoyulub.
12 Dekabr 2018 12:55 SiyasətDekabrın 12-də İstanbulda Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi mərasimdə elm, iş və sənət dünyasının nümayəndələri, xarici qonaqlar, İstanbul Azərbaycan İcmasının fəal üzvləri iştirak ediblər. Mərasim zamanı ümummilli lider Heydər Əliyevin abidəsi önünə çələng və çiçəklər qoyulub. Sonra mərasim iştirakçıları Türk xalqının ulu öndərinin yaxındakı heykəlinə çiçək dəstələri qoyublar.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.