Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın durumu çox çətin, acınacaqlı olardı

Cahangir Hüseynov: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tez bir zamanda dövlətçilik bərpa edildi” “Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində qısa müddətdə Azərbaycan inkişaf etdi, dünya birliyinin bir üzvünə çevrildi”

Cahangir Hüseynov: "Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tez bir zamanda dövlətçilik bərpa edildi"

"Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində qısa müddətdə Azərbaycan inkişaf etdi, dünya birliyinin bir üzvünə çevrildi"

Azərbaycanın qurucusu, memarı, müstəqil Azərbaycanın bu günkü inkişafının banisi ümummilli lider Heydər Əliyevin vəfatından 15 il keçir. Bu günlər hər bir Azərbycan vətəndaşı ümummilli lideri böyük ehtiram və hörmətlə anır, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışır.

Sabiq millət vəkili Cahangir Hüseynov da ümummilli lider Heydər Əliyevi böyük ehtiram hissi ilə anaraq Onunla olan görüşü, xatirələrini bölüşüb. Cahangir Heseynov bildirib ki, hələ Moskvada təhsil alarkən bir neçə dəfə ümummili lideri görüb, Onunla fəxr edib. Ümummilli liderlər ilk görüşünü xatırlayan Cahangir Hüseynov deyib ki, həmin görüş 90-cı illərə təsadüf edib: "Heydər Əliyev o vaxt qardaşı mərhum Həsən Əliyevin qırx mərasiminə gəlmişdi. Həsən Əliyev rəhmətə gedən günlərdə də biz gedib hüzr mərasimində iştirak etmişdik. Həsən Əliyevin qırx mıərasimi mart ayına təsadüf edirdi və həmin vaxt respublikada cərəyan edən ictimai-siyasi proseslər daha da kəskinləşmişdi. Cəbhəçilərin hakimiyyəti idarə edə bilməməsi üzə çıxmışdı. Belə bir ərəfədə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Burada bir məqamı qeyd edim ki, birinci dəfə Heydər Əliyevi 1990-cı ildə Moskvadan Bakıya gələrkən qarşılamışam". Ümummilli liderin Bakıya, qardaşının qırx mərasiminə gəlişi zamanı Onunla görüşdüyünü deyən sabiq millət vəkili deyib ki, o vaxt Rəfael Allahverdiyev və Əli Nağıyevdən Heydər Əliyevlə görüşməyi xahiş edib: "Məsləhətləşmələrdən sonra məlumat verildi ki, Heydər Əliyevin vaxtı az olduğuna görə, bizi 3 dəqiqəlik qəbul edə biləcək. Həmin 3 dəqiqəlik görüş iki saata qədər davam etdi. Görüş zamanı Heydər Əliyev qətiyyətlə Bakıya gəlmək fikrinin olmadığını, mövcud hakimiyyətlə işləyə bilməyəcəyini vurğulayır. Mən isə qətiyyətlə Heydər Əliyevə bildirirdim ki, siz mütləq hakimiyyətə gəlməlisiniz. Söhbət zamanı həm Moskva görüşü, həm də mart ayının 6-da Ali Sovetdə gedən müzakirələri və çıxışımı Heydər Əliyevə xatırladıram. Bildirirəm ki, siz hakimiyyətə gəlməsəniz respublika çətin vəziyyətə qalacaq".

Cahangir Hüseynov bildirib ki, 1998-ci ildə ulu öndərin 75 illiyi tamam olanda onun tələbə yoldaşları ilə görüşü təşkil edilib: "Onlar təxminən 10 nəfər idilər. Həmin görüşdə Heydər Əliyev belə bir məsələ qaldırdı ki, mütləq onun 80 illiyində də görüş təşkil edilsin. Lakin təəssüflər olsun ki, həmin görüşü keçirmək qismət olmadı və ulu öndər 80 illiyində xəstələndi. Amma buna baxmayaraq Heydər Əliyevin həmin tələbə yoldaşları, mən, atam, eləcə də respublikanın 250 ziyalısı və Milli Məclisin üzvləri Bakı şəhərinə toplaşaraq Klivlenddə müalicə olunan ulu öndərə müraciət göndərdik və həmin müraciət Milli Məclisdə də səsləndi. Həmçinin həmin müraciətdə Heydər Əliyevinb adının əbədiləşdirilməsi təşəbbüsünü də səsləndirmişdik"

Sabiq millət vəkilinin sözlərinə görə, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın durumu çox çətin, acınacaqlı olardı: "Çünki hakimiyyət səriştəsiz, bacarıqsız adamların əlində idi. Nə qədər səriştəli kadrlar var, hamısını idarəetmədən uzaqlaşdırmışdılar. Gülməli bir vəziyyət yaranmışdı. Küçədən gələn birini nazir qoyurdular. Yaxud heç bir ixtisası olmayan birisi icra başçısı təyin edilirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tez bir zamanda dövlətçilik bərpa edildi. Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində qısa müddətdə Azərbaycan inkişaf etdi, dünya birliyinin bir üzvünə çevrildi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31