Gürcüstanda ümumilli lider anılacaq
11 Dekabr 2018 15:14 SiyasətMilli Məclisin deputatları - Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və qrupun üzvü Rasim Musabəyov ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcəklər. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılacaq, onun həyatı, siyasi fəaliyyəti, xilaskarlıq missiyası, müasir Azərbaycan dövlətinin qurucusu kimi gərgin əməyi barədə söhbət açılacaq. Səfər dekabrın 13-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31