Komitə sədrləri Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar. MM-dən "Olaylar"a verilən məlumata görə, deputatlarımız ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər. Mərasimə hər iki ölkənin rəsmi şəxsləri, siyasi xadimlər, diaspor üzvləri, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31