Deputatlarımız Hindistana səfər edəcəklər
Dekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edəcəklər.
11 Dekabr 2018 15:03 SiyasətDekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edəcəklər.
Ümumdünya Səhiyyə Təşkilatının Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ilə birlikdə təşkil etdiyi Forumda ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və tibbi yeniliklər müzakirə olunacaq.