Ermənistanda yeni diktatura dövrü başlayır

"Paşinyanın nə qədər Qərbə doğru yönələcəyinə dair fikirlər səsləndirilsə də , Rusiya ilə münasibətlər normalaşdırılmağa və ölkə daxilindəki anti-Rusiya mühitinin formalaşmasının qarşı alınmağa çalışılacaq.

"Paşinyanın nə qədər Qərbə doğru yönələcəyinə dair fikirlər səsləndirilsə də , Rusiya ilə münasibətlər normalaşdırılmağa və ölkə daxilindəki anti-Rusiya mühitinin formalaşmasının qarşı alınmağa çalışılacaq. Əks halda Paşinyan çox gözəl basa düşür ki, Kremlin əksinə getmək hakimiyyətinin bir o qədər qısa ömürlu olması deməkdir. Rusiya hər nə qədər İrəvanda baş verən proseslərə qıraqdan müşahidəçi qismində çıxış etdiyi görsənsə də bu heç də demək deyil ki, Kremlin mövqeyi zəifləyib və artıq Ermənistandakı proseslərə nəzarət etmir".

Bu fikirləri Olaylar.az-a analitik Ehtiram Aşırlı deyib. 

O bildirib ki, Rusiya İrəvadakı hər bir prosesə yaxından nəzarət edir və baş verə biləcək hadisələr haqqında qabaqcadan xəbərdardır: "Son çıxan telefon danışıqları da göstərdi ki, Paşinyan və onun hüquq-muhafizə orqanlarının rəhbərləri Rusiya ilə məsləhətləşmədən hər hansısa bir addım atmırlar. Bu baxımdan düşünmürəm ki, Paşinan Rusiyadan uzaqlaşıb Qərbə doğru meyl etmək yolunu tutsun. Rusiyanın maraqları və nəzarəti çərçivəsində Qərblə əlaqələrinə davam edəcək, lakin düşünülən kimi genişmiqyaslı əlaqələr olmayacaq. 

Baxmayaraq ki, Ermənistanda hakimiyyət dəyişikliyinə gedildi, əslində dəyişən sadəcə adlardı yəni Serj Sərkisyan diktaturası dövrünun bitdiyi Nikol Paşinyan diktaturası dövrünün başladığını qeyd edə bilərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31