Millət və dövlət məhvə doğru gedəndə yaradıcı tərəfindən göndərilən liderlər

Tarix boyu millətimiz məhv olmağa doğru gedərkən,yaradıcı bizlərə liderlər göndərib. Müasir dövrümüzdə bir çoxları millilikdən, milliyətçilikdən bəhs etsə də onların bu ifadələri sadəcə sözdən və sadəcə kindən, fitnədən, xainlikdən ibarətdir. Amma Ümummilli Lider Heydər Əliyev milliliyimizi sözdə yox, daim əməldə göstərərək, gerçək milliliyin nəyə xidmət etdiyini həyatı boyunca dünya insanlığına ədalətli işlərdə göstərdi.

Tarix boyu millətimiz məhv olmağa doğru gedərkən,yaradıcı bizlərə liderlər göndərib.
Müasir dövrümüzdə bir çoxları millilikdən, milliyətçilikdən bəhs etsə də onların bu ifadələri sadəcə sözdən və sadəcə kindən, fitnədən, xainlikdən ibarətdir. Amma Ümummilli Lider Heydər Əliyev milliliyimizi sözdə yox, daim əməldə göstərərək, gerçək milliliyin nəyə xidmət etdiyini  həyatı boyunca dünya insanlığına ədalətli işlərdə göstərdi.

Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov deyir ki, Azərbaycan dövləti məhv olmağa gedərkən, sözdə millilikdən danışanlar sadəcə, dövlətimizi yox olmaqla üz-üzə qoymuşdular. Onun sözlərinə görə, Azərbaycan Dövlətinin dağılmağa doğru getdiyi bir dövrdə, Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi, millətin gerçək milli birliyini yaradaraq,xalq tərəfindən hakimiyyətə gətirildi: "Ümummilli Liderimiz Azərbaycan dövlətini, xalqını dərin məhəbbətlə sevmiş və yurdumuzun hər qarışını gəzərək, dövlətimizin hər bölgəsində millət üçün xidmət obyektlərinin açılmasını həyata keçirdi. Ümummilli Liderimiz ölkəmizin hər qarışını sadəcə gəzməmişdir.  O, bütün bölgələrin tarixini, xalq ədəbiyyatını, meşələrini, dağlarını, çaylarını, göllərini həm araşdırmış, həm də dərin məhəbbətlə yaradıcının bu dəyərlərinə bağlanmışdı". Cəlal İbrahimov hesab edir ki, bizlər milliyətçilik dərsi almaq istəyiriksə, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin vətənə, millətə, dövlətə qarşı məhəbbətlə etdikləri xidmətlərini bilməliyik: "Çünki gerçək milliyətçilik vətənə, millətə milli xidmətlə bilinir. Milli Liderimiz Heydər Əliyevin milliliyi vətənə, millətə sevgi əsasında xidmət olduğu qədər, dünya insanlarına qarşı da milli zəminlər üzərindən yüksələn böyük hörmət və dostluq münasibətləri dururdu. Bu onu göstərir ki, bizim milliliyimiz haqqa, ədalətə, insanların birliyinə, dinçliyinə və təhlükəsizliyinə xidmət edir. Sovetlər dövründə belə həm Azərbaycan, həm də Sovetlər birliyinin bütün bölgələrində insanların birliyi, dostluğu, dinçliyi üçün böyük sosial xidmət sahələri ,fabrik və zavodların açılmasını həyata keçirən Ümummilli Lider eynilə Aytmatovun dediyi kimi, bir kənddən,şəhərə, şəhərdən respublikaya, ordan isə Sovetlər Birliyinin rəhbərliyinə qədər yüksəldi. Ümummilli Lider Heydər Əliyev bu yüksəlişlə özünü həm Azərbaycanda, həm də Sovetlərdə gördüyü ədalətli işlərlə sevdirdi.
Bir nöqtədən bütün dünyaya özünün tanınmasının yeganə səbəbi milli iradəsinin sevgi və ədalət əsasında olması idi. Azərbaycan dövlətinin yenidən başına xalq tərəfindən gətirilən Ümummilli Lider Heydər Əliyev öncə ölkəni xain qüvvələrdən təmizləyərək; millətin , dövlətin inkişafı, güclənməsi və rifahı üçün təhlükəsizliyi təmin edərək, ilk növbədə Bakı-Ceyhan Neft İxrac Boru kəmərini dünyanın ağır siyasi dövründə qardaş Türkiyə dövlətiylə birlikdə həyata keçirdi. Ümummilli liderimizin bu milli addımını bu gün dünyada gedən parçalayıcı oyunlarda, daha yaxşı anlayırıq".
Cəlal İbrahimov deyib ki,  Azərbaycan- Türkiyə Birliyi bu gün də Cənab Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyində bir- birinə sıx sarılıb və  onu heç bir xain qüvvə zədələyə bilməz: "Məhz bu dəyərlər üzərində Ümummilli Liderimizin davamçısı Cənab Prezidentimiz İlham Əliyev də milli iradəsini dünya dövlətlərinə təqdim edərək, millətimizin daha da güclü olması üçün  TANAP, TAP, PETKIM, Star Neft Emalı Zavodu kimi beynəlxalq layihələri həyata keçirmiş və bu dəyərli layihələr nəticəsində dövlətimiz dünyanın diqqət mərkəzinə çevrilib".

Natiq qeyd edib ki, Cənab Prezidentimizin dünyanın bütün regionlarında iqtisadi, siyasi, ticari, savaşların, böhranların olduğu bir dövrdə, bu möhtəşəm layihələri həyata keçirməsi millətimizin rifahına, təhlükəsizliyinin təmininə və dinçliyinə xidmət edir.
Əsl milliyətçilik bu cür olur. Bu gün Azərbaycanda açılan şirkətlər və bütün sahələrdə görülən yeniliklər nəticəsində ölkəmiz hər keçən gün inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin liderliyində ASAN Xidmət kimi milli bir brendi həyata keçirmək də özü bir milliyətçilikdir. ASAN Xidmət kimi milli brendimizin bu gün əsas fəaliyyəti millətin işini asandlaşdırmaq və gecə-gündüz millətə xidmət etməkdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31