Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində

ABŞ tərəfinin dəvəti əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, millət vəkili Səməd Seyidovun, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin, Maliyyə Monitorinqi Xidmətinin və Azərbaycanın ABŞ-dakı Səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti ABŞ Senatında keçirilmiş 12-ci Kəşfiyyat-Təhlükəsizlik üzrə Parlament Forumunda iştirak ediblər. Foruma ümumilikdə 83 ölkədən, 350-ə yaxın parlament, hökumət nümayəndələri və ekspertlər qatılmışdır.

Olaylar.az bildirir ki, tədbir zamanı, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, kiber təhlükəsizlik, kripro valyuta, xarici sərmayə kimi sahələrdə parlament nümayəndələri və ekspertlər tərəfindən çıxışlar edilmiş və fikir mübadiləsi aparılmışdır.

Tədbirin açılış sessiyasında forumun sədri, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Pittenger, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Chris Stewart, Bill Huizenga, Maliyyə Xidmətləri Komitəsinin sədri Jeb Hensarling çıxış etmiş, mövzular üzrə beynəlxalq əməkdaşlığın inkişafı üçün tədbirin əhəmiyyətli olduğunu vurğulayıblar. Forumda həmçinin, ABŞ Senatının çox nüfuzlu üzvlərindən olan senator Lindsay Graham, ABŞ Nümayəndələr Palatasının demokratik azlığın rəhbəri və 2019-cu ildən demokratik çoxluğun rəhbəri olacaq konqresmen Steny Hoyer, Konqres üzvləri Blane Luetkemeyer və French Hill çıxış edərək ABŞ Konqresinin tədbirin mövzuları üzrə fəaliyyəti barədə məlumat verib.

Forum çərçivəsində Milli Məclisin üzvü Səməd Seyidov və Azərbaycan nümayəndə heyətinə daxil olan digər üzvlər Forumun sədri Konqres üzvü Robert Pittenger ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmışlar. Səməd Seyidov ABŞ Konqresi ilə

Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqətini çəkiblər.

Forumun növbəti günü Səməd Seyidov Forumun İdarəetmə Komitəsində də iştirak edib. ABŞ-a səfəri çərçivəsində Milli Məclisin üzvü Səməd Seyidovun Arizonanı təmsil edən respublikaçı Konqres üzvü Paul Gosarla ikitərəfli görüşü təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31