İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz

“Ermənistanda parlament seçkiləri gözlənilən nəticəni verdi. Paşinyanın bloku ilə birlikdə daha iki partiya parlamentdə təmsil olunmaq hüququ qazandı. Bu da gələcəkdə Paşinyan və komandasının bir sıra çətinliklərlə üzləşəcəyi mənasına gəlir.

"Ermənistanda parlament seçkiləri gözlənilən nəticəni verdi. Paşinyanın bloku ilə birlikdə daha iki partiya parlamentdə təmsil olunmaq hüququ qazandı. Bu da gələcəkdə Paşinyan və komandasının bir sıra çətinliklərlə üzləşəcəyi mənasına gəlir. Ermənistanı çox qarışıq günlər gözləyir. Paşinyan çox güclü bir müxalifətlə mübarizə aparmağa məcburdur . Daha bir problem isə Paşinyanın öz tərəfini seçə bilməməsidir. Amma bu da müvəqqəti haldır. Ən yaxın zamanda Paşinyan öz tərəfinin Rusiya olduğunu anlayacaq. İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz. Bunu hazırki baş nazir də yaxşı bilir. Ancaq Paşinyan Qərbə meyilli şəxsdir. Onlarla da münasibətini yaxşı saxlamağa çalışacaq. Düşəcəyi bu girdabdan isə necə çıxacağı qeyri-müəyyəndir." Bu fikirləri politoloq Kənan Paşayev deyib.
O bildirib ki, Paşinyan artıq hakimiyyətə gəlmək üçün  əhaliyə söz verdiyi kimi sosial-iqtisadi məsələləri də həll etməlidir. Ancaq Ermənistanın hazır ki, dövlət büdcəsini nəzərə alsaq bu mümkün deyil: "Bundan əlavə həmin vədlərə əməl etmək üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr isə göstərir ki, hazırki hakimiyyət bu mövqedən çox uzaqdır. Əksinə meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyəcək. 
Daha bir məsələ isə Paşinyanın əsirlərin dəyişdirilməsinə və Qarabağ probleminə yanaşmasıdır. Bu günə qədər Paşinyan əsirləri dəyişməyə ehtiyat edirdi. Düşünürdü ki, əhali arasında Ramil Səfərov effekti yaranar. Və nəticədə reytinqi aşağı düşə bilərdi. İndi isə vəziyyət fərqlidir. Artıq əsirləri qaytara bilər. Çünki Azərbaycandakı erməni əsirlərin ailələri İrəvanda bir neçə küçəni bağlayıb, övladlarının qaytarılması, əsirlərin dəyişdirilməsi üçün etiraz aksiyası keçiriblər. Qarabağ probleminə gəldikdə isə Paşinyanın müsbət yanaşması ütopik bir xəyal kimi görünür."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31