Paşinyan Rusiya ilə Qərb arasında seçimini etməlidir

Paşinyanı qarşıdakı müddətdə çox çətin bir dövr gözləyir. Onu müxalifət xüsusilədə həbsdəki keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə ciddi siyasi mübarizə gözləyir. Ölkədə bu qüvvələrin sabitliyi ciddi cəhdlə pozacağını düşünürəm. Paşinyan gücdən isdifadə etmək məcburiyyətində qalacaq.Hər nə qədər seçkidə yüksək səs faizi ilə qalib gəlsə də güclü parlament, müxalifət ilə qarşılacaq. Qaqiq Tsarukyan artıq ölkənin ana müxalifət lideridir. Bir şeyi nəzərə almaqda fayda var ki, Tsarukyan ölkənin ən varlı insanıdır və onun beynalxaq güclərlə, xüsusilədə Rusiya ilə çox geniş əlaqələri var.” Bu fikirləri Olaylar.az-politoloq Zeynal Əmrəliyev deyib.

Paşinyanı qarşıdakı müddətdə çox çətin bir dövr gözləyir. Onu müxalifət xüsusilədə həbsdəki keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə ciddi siyasi mübarizə gözləyir. Ölkədə bu qüvvələrin sabitliyi ciddi cəhdlə pozacağını düşünürəm. Paşinyan gücdən isdifadə etmək məcburiyyətində qalacaq.Hər nə qədər seçkidə yüksək səs faizi ilə qalib gəlsə də güclü parlament, müxalifət ilə qarşılacaq. Qaqiq Tsarukyan artıq ölkənin ana müxalifət lideridir. Bir şeyi nəzərə almaqda fayda var ki, Tsarukyan ölkənin ən varlı insanıdır və onun beynalxaq güclərlə, xüsusilədə Rusiya ilə çox geniş əlaqələri var." Bu fikirləri Olaylar.az-politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, Paşinyan Rusiya ilə Qərb arasında olan seçimini etməlidir: "Qərb Ermənistandan tam inteqrasiya istəyəcək. Rusiya isə təbii ki, bu məsələ ilə razılaşa bilməz. Paşinyanın blokundan qopmaların olacağını,hətta siyasi bir parçalanmanın baş verəcəyini düşünürəm. Zamanla onun ətrafında olan və hökumətdə yüksək vəzifə verdiyi şəxslərin çoxu bir müddət sora istefa verib müxalifətə keçəcək. Bununla daPaşinyana problem yaradacaqlar. Paşinyan iqdisadiyyatı düzəltmək üçün cəhdlər etsə də buna nə dərəcədə nail olub olmayacağını zaman göstərəcək. Ölkədə dramın sürətli aşağı düşməsi belə müşahidə edilə bilər."

Politoloq qeyd edib ki, Bako Saakyan keçmiş siyasi ortaqlarının hakimiyyətdən gedişindən sonra Paşinyanın ağalığını qəbul etmir. Bu məsələdə isə əsas hədəfi Saakyanı devirib yerinə öz adamını gətirmək olacaq: "Ancaq buna qarşıda zənnimcə, adekvat cavab alacaq. Çünki Saakyanın Ermənistandakı kriminal qruplaşmalarla çox güclü əlaqəsi var və  onların əksəriyyətinə himayədarlıq edir. Ermənistan, Qarabağ məsələsində bir həlli, variantı qəbul etməlidir. Dünyaya yalnız bu məsələ ilə özünün əvvəlki iqtidarlardan fəqli və millətini düşünən bir lider olduğunu gösdərə bilər.

İlk dəfə olaraq Qarabağ erməniləri hakimiyyətdən kənar buraxıldı. Artıq ölkədə "Qarabağ ermənisi" və "İrəvan ermənisi" kimi bölünmələrin başlayacağı və qrupların bir-birinə qarşı düşmən mövqe sərgilədiyinin şahidi ola biləcəyik. Hökumət bunun qarşısını almaq üçün səylər göst ərməlidir.Mümkündür ki,bir neçə yüksək vəzifəyə əvvəlki iqdidarla bağlılığı olmayan Qarabağdan olan gənclər təyin edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31