Ermənistan dilemma qarşısında

Ramiyə Məmmədova: “Paşinyan hakimiyyəti cox çətin və təlatümlü yola çıxdı”

Ramiyə Məmmədova: "Paşinyan hakimiyyəti çox çətin və təlatümlü yola çıxdı"

Ermənistanda daha bir seçki şousu başa çatdı. Aprel inqilabından keçən qısa müddət ərzində iki seçki keçirib hər ikisini saxtalaşdırmağa nail olan Nikol Paşinyan demək olar ki, növbədənkənar parlament seçkilərində qələbə qazanmaqla hakimiyyətə nəzarəti tam mənada ələ almağa müvəffəq oldu. Düzdür, Paşinyan bu seçkilərdən qalib ayrılsa da, lakin səsvermənin nəticələri və üzə çıxan saxtakarlıqlar onun ölkəsi üçün növbəti bir mənfi rəy formalaşdırmış oldu. Daha dəqiq desək demokratiya, xalq hakimiyyəti, azad seçkilər şüarları ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan özü məhz saxta seçkilərə ikinci dəfə imza atmış oldu. Bir müddət əvvəl İrəvanda keçirlən mer seçkilərində saxtakarlığa yol verən Nikol. Indi də parlament seçkilərini saxtalaşdırmağa üstünlük verdi.

Düşmən ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini və bundan sonrakı gözləntiləri şərh edən politoloq Ramiyə Məmmədova deyib ki, 9 dekabrda Ermənistanda baş tutan parlament seçkisində gözlənildiyi kimi keçmiş baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku galib gəldi: "Beləliklə parlament əsas üç partiyadan ibarət olacaq. 70 faiz səs coxluğuyla seçilən "Mənim addımım" bloku, 8.27 faiz səslə tanınmış biznesmen Gagik Sarukyanın "Çicəklənən Ermənistan" Partiyası və 6.37 faiz səslə "İşıglı Ermənistan" Partiyası. Deməli Ermənistan parlamentini gələcək 5 il ərzində Nikol Paşinyan və eləcə də 2018-ci ilin aprel-may aylarında məxməri inqilabı dəstəkləyən qüvvələr təşkil edəcək. Məxməri inqilab nəticəsində hakimiyyəti itirən Respublika Partiyası isə 2017-ci ildə 49 faiz səs yiğmasina baxmayaraq bu seckidə baryeri keçməyəyrək 4.7 faiz səs topladı. Beləliklə yeni seçki nəticəsində Qarabağ klanını geridə goyaraq Paşinyanın dediyi kimi iqtisadi baxımdan güclü və beynəlxalq aləmdə də öz yerini tuta biləcək yeni Ermənistan yaradılmasına başlanıb,  Ermənistan gündən günə güclənmə, demokratiya və qanunlarin aliliyinə doğru yola çıxıb. Əlbəttə Paşinyanın bu sözləri deməsi normaldır, cünki o qələcəkdə güclü Ermənistan görməyi arzulayır dövləti və milləti üçün mübarizəyə başladı və hələki galib gəldi.  Lakin, Paşinyan da cox gözəl anlıyırki, verdiyi vədlərin hər biri onun gələcək karyerasında böyük rol oynayacaq. Beləliklə Nikol Paşinyan yeni hökümət formalaşdıracaq və yeni siyasi kursu seçəcək. Bunu nə dərəcədə edə biləcəyini zaman göstərəcək. Lakin garşısında duran əsas problemləri həll etmək düşür". Politoloq deyir ki, ən vacib məsəslə əlbəttəki Dağlıq Qarabağ münaqişəsidir: "Paşinyan bu məsələdə adekvat yanaşmasa keçmış həmkarları kimi məsələni uzatsa bu Paşinyana böyk problemlər yaradacaq. Atəşkəs rejimi pozulacaq, cəhbə bölqəsində vəziyyət qərginləşəcək. Çünki Azərbaycan tərəfi Paşinyana "hörmət" edərək seçkini gözlədi və indi də haqlı olaraq Paşinyan hökümətindən düzgün və adekvat qərar gözləyəcək. Çünki Azərbaycanın Dağlıq Qarabağı güzəştə getməyəcəyi həm beynəlxalq aləmə, həm də Ermənistana gün kimi aydındır. İkinci məsəslə, Paşinyan Ermənistanın xarici siyasi kursunu sonunda seçməlidir. Paşinyan Qərb və Rusiya arasında qalmış siyasəti tənzimləməlidir. Ya yenə də Rusiyanın əsaləti altında qalmalı və hər zamankı kimi Rusiyanın dediyi ilə oturub durmalı, ya da Qərbə yönələrək Rusiyayla gərgin münasibətə girməlidir. Bu da əlbəttəki ki nə Ermənistanın, nə də Paşinyanın xeyrinə deyil. Çünki Paşinyan cox gözəl anlayır ki, Rusiya Ermənistandan əlini cəksə Ermənistan tək və köməksiz qalacaq. Buda onun nə iqtisadi, nə də siyasi baxımdan rifaha aparmayacaq". Ramiyə Məmmədova deyib ki, üçüncü məsələ Ermənistanın bügünkü iqtisadi vəziyyətidir: "Bildiyiniz kimi Ermənistan belə desək ancaq verilən subsidiyalar hesabına bü gün yaşayır. Yəni heç bir layihələrdə iştirak etmir, qonşuları ilə güclü iqtisadi əlaqələri yoxdu. Bir sözlə iqtisadi vəziyyətini yüksəltməyə çalışmalıdır.  Bu da əlbəttəki qeyd etdiyimiz iki məsəsləyə bağlanır. Həm Dağlıq Qarabağ, həm də iqtisadi rifah Ermənistanın Rusiyaya qarşı göstərəcəyi münasibətdən aslıdır. Beləliklə, Paşinyan hakimiyyəti cox çətin və təlatümlü yola cıxdı. İndiyə qədər elədiyi səhvlərdən dərs cıxararaq nə dərəcədə düzgün siyasət yolunu tutacağının cox az zaman içərisində şahidi olacağıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31