Haaqada “Heydər Əliyev: Şəxsiyyət və zaman” kitabının təqdimatı keçiriləcək

Milli Məclisin deputatı Elmira Axundova Niderland Krallığının Haaqa şəhərinə səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, burada millət vəkilinin müəllifi olduğu "Heydər Əliyev: Şəxsiyyət və zaman" adlı kitabın təqdimat mərasimi keçiriləcək. İngilis dilinə tərcümə olunmuş kitabın təqdimatında Niderland Parlamentinin deputatları, ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin üzvləri iştirak edəcəklər. Tədbirdə görkəmli dövlət xadiminin ömür yolu, siyasi fəaliyyəti barədə söhbət açılacaq, onunla bağlı xatirələr səsləndiriləcək. Səfər dekabrın 12-də başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31