Azərbaycanın bu günkü inkişafının təminatçısı

Bu günlər hər kəs ONU anır, ONU xatırlayır, dərin hüznlə yad edir. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi. 16 il keçir Heydər Əliyevin haqq dünyasına qovuşmasından. Ümummilli lider 16 ildir aramızda olmasa da, lakin onun ideyaları, qurmuş olduğu müstəqil Azərbaycan dövləti yaşayır, inkişaf edir, hər gün yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.

Bu günlər hər kəs ONU anır, ONU xatırlayır, dərin hüznlə yad edir. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi. 16 il keçir Heydər Əliyevin haqq dünyasına qovuşmasından.  Ümummilli lider 16 ildir aramızda olmasa da, lakin onun ideyaları, qurmuş olduğu müstəqil Azərbaycan dövləti yaşayır, inkişaf edir, hər gün yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.

Tarixdə elə şəxsiyyətlər, siyasilər olur ki, onların milləti, xalqı, ölkəsi üçün etdiklərini, gördüyü işləri günlərlə, hətta aylarla, illərlə saymaqla bitirmək olmur.  Heydər Əliyev də məhz belə dahi şəxsiyyətlərdən, zəngin dövlətçilik təcrübəsinə malik siyasilərdən idi. Bəzən ümummilli liderin opponentləri, ona siyasi cəhətdən rəqib olmağa çalışanlar haqsız yerə sual edirlər ki, Heydər Əliyev Azərbaycan üçün nə edib? Ümummilli liderin o zamankı opponentləri, ona siyasi cəhətdən rəqib olmağa çalışanlara verilən ən doğru, düzgün cavab isə bu ola bilər. Heydər Əliyev sizlərin fəlakətə düçar etdiyi, parçalanmaya rəvac verdiyi, qardaş qırğını törətməyə çalışdığınız Azərbaycanı bütün bu əzab-əziyyətlərdən, müsibətlərdən xilas etdi.  Reallıq  bundan ibarətdir ki,  məhz zamanında Heydər Əliyevin siyasi fəaliyyətinə mane olmağa çalışanlar, onu siyasi proseslərdən təcrid etmək yolunu tutanların dövlətçilik səriştələrinin olmaması səbəbindən Azərbaycan müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşmişdi. Ölkədə gün-gündən artan sosial və iqtisadi problemlər ölkəni sosial partlayış həddinə gətirib çıxarmışdı.  Artıq vətəndaş müharibəsi qaçılmaz hal almışdı.  Belə bir çətin şəraitdə, vəziyyətdə xalq haqlı olaraq yaranmış situasiyadan çıxış yolunu o zaman Muxtar Respublikaya rəhbərlik edən Heydər Əliyevin timsalında gördü və ümummilli lider xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət edildi. Ümummilli lideri Bakıya o şəxslər dəvət etdi ki, məhz onlar bir neçə il əvvəl Heydər Əliyevi siyasi proseslərdən təcrid etmək yolunu tutmuşdular.  İndi isə onlar öz hakimiyyətlərini qorumaq üçün Heydər Əliyevə müraciət etmək məcburiyyətində idilər. Beləliklə, 1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli lider qısa zamanda ölkədə yaranmış situasiya ilə yaxından tanış olaraq prosesləri nizama saldı. Tezliklə ölkədə baş vermə təhlükəsi olan vətəndaş qarşıdurması aradan qaldırıldı,  ictimai-siyasi sabitlik bərqərar oldu. Qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, dövlət, dövlətçilik üçün təhlükəli olan ünsürlər aradan qaldırıldı. Düzdür, belə bir normal situasiyanın yaranması, ictimai-siyasi sabitliyin bərqərar olması, ən əsası müstəqil Azərbaycanın rəhbərliyinə zəngin siyasi təcrübəyə malik birisinin, ümummilli lider Heydər Əliyevin gəlməsi o zaman bir çoxlarına, həm daxildəki, həm də xaricdəki Azərbaycanı sevməyən qüvvələrə sərf etmirdi. Çünki bu qüvvələr dəqiq bilirdilər ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi müstəqil Azərbaycanın tezliklə inkişaf etməsinə, çiçəklənməsinə, regionun qabaqcıl, aparıcı dövlətinə çevrilməsinə yol açacaq. Ona görə də müntəzəm olaraq ölkədə sabitliyi pozmağa, hakimiyyət çevrilişi etməyə cəhdlər edilirdi. Lakin zəngin siyasi təcrübəyə malik olan Heydər Əliyev bütün bu cəhdlərin qarşısını ustalıqla alır, antiAzərbaycan qüvvələrin məkirli planlarının reallaşmasına imkan vermirdi.

Artıq ictimai-siyasi sabitliyi bərqərar etmiş Azərbaycan növbəti hədəflər, məqsədlər barədə düşünürdü. Bu hədəflər, məqsədlə sırasında ölkəni iqtisadi cəhətdən inkişaf etdirmək öndə gəlirdi. O dövrdə Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməyin yolu isə zəngin təbii resurslara malik olan Azərbaycanın bu resrusrlarından səmərəli istifadədən keçirdi.  Eyni zamanda bu sahədə uğura imza atmaq üçün beynəlxalq əməkdaşlıq da başlıca şərt idi.  Bunu gözəl dərk edən ümummilli lider dünyanın aparıcı və nüfuzlu neft şirkətlərini Azərbaycanla əmıkdaşlığa cəlb etdi və aparılan uzunmüdətli və səmərəli danışıqların nəticəsi olaraq 1994-cü ilin sentyabr ayının 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu Azərbaycanın yeni bir dövrə, neft sektorunun inkişafı mərhələsinə qədəm qoyması idi. 

"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanda neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda iqtisadi inkişafın da təməlinin qoyulması idi. Tədricən neftdən gələn gəlirlər ölkə iqtisadiyyatının inkişafına yönəldilirdi. Yeni-yeni müəssisələrin fəaliyyətə başlaması iş yerlərinin açılması nəticə etibarilə əhalinin sosial rifah halının yüksəldilməsinə gətirib çıxarırdı.  Məhz ümummilli liderin xalqı, dövləti üçün yorulmaz fəaliyyəti, gördüyü işlərin nəticəsi idi ki, Azərbaycan vətəndaşları hamılıqla dahi şəxsiyyətə böyük ehtiram göstərir, onu xilaskar hesab edirdi. Elə bu səbəbdən də Azərbaycan xalqı bir neçə dəfə keçirilən prezident seçkilərində ümummilli liderə böyük etimad göstərərək Azərbaycan adlı gəminin sükanına ONA etibar edirdi.

Bu gün ümummilli lider aramızda olmasa da, lakin ONUN ideyaları hər zaman yaşayır, xalq onu böyük ehtiram hissi ilə yad edir. Heydər Əliyev elə bir şəxsiyyət, siyasətçi, dahi insan idi ki, o təkcə Azərbaycan xalqının qəlbində taxt qurmamışdı. Eyni zamanda dünyanın müxtəlif ölkələrinin müxtəlif peşə sahibləri, siyasilər, dövlət xadimləri Heydər Əliyevə böyük sevgi, ehtram hissi ilə yanaşırdılar. Elə bu gün də eyni münasibəti bizlər hiss edirik.

Məsələn, teleaparıcı Leonid Yakuboviç ümummilli liderlə olan görüşlərini yada salarkən qeyd edir ki, Heydər Əliyev - güclü xarizması olan böyük intellektli insandır: "Həyatım boyu iki və ya üç belə şəxslə qarşılaşmışam. Onun gözlərində nə qədər çox şeyin olduğu tamamilə aydın idi. O, bilik, intellektlə dolu idi. Mən hələ də onunla yeganə görüşdən sonra özümə gələ bilmirəm. Mən bu söhbəti kağız üzərinə köçürmək istədim, ancaq alınmadı. Səbəbini də bilmirəm. Elə bir təəssürat yaranırdı ki, biz min ildir tanışıq və o, mənim gəlməyimi, ona hər şeyi danışmağımı gözləyirdi".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31