Saxtakarlıq seçkidən sonra da davam edəcək
Tarixdə hələ belə rüsvayçılıq olmayıb
10 Dekabr 2018 12:43 SiyasətTarixdə hələ belə rüsvayçılıq olmayıb
Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 10-u səhər saat 07.30-dək ölkəboyu 2010 seçki məntəqəsindən daxil olmuş səsvermə bülletenlərinin 100%-ni hesablayıb. Məlumata görə, 9 dekabr tarixində keçirilmiş erkən parlament seçkilərinin nəticələrinə görə, hazırkı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70.43 faizlə qalib gəlib. Seçkilərdə ikinci yeri 8.27 faizlə "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Ttsarukyan tutub. Edmon Marukyanın lideri olduğu "İşıqlı Ermənistan" partiyası isə səslərin 6.37 faizini toplamaqla üçüncü olub. Qeyd edək ki, hər iki partiya Nikol Paşinyanın müttəfiqidir. Siyasi qüvvələrin qalan hissəsi parlamentin 7-ci çağırışına tələb olunan baryeri aşa bilməyib. Beləliklə, qarşıdakı 5 illiyə seçilən yeni parlamentdə yalnız Nikol Paşinyanın seçki bloku və onun "məxməri inqilab"dakı müttəfiqləri yer alacaqlar. Ancaq Konstitusiyaya görə, parlament yerlərinin 1/3-i müxalifət deputatlarının olmalıdır. Bu səbəbdən də "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının parlamentdə özlərini konstruktiv müxalifət elan edəcəkləri şübhə doğurmur. Göründüyü kimi Ermənistanda saxtakarlıq parlament seçkilərindən sonra da davam etdirilir. Əslində həm yerli, həm də beynəlxalq müşahidəçilər sözügedən seçkinin kütləvi saxtakarlıqla keçirildiyini etiraf ediblər. Belə ki, Ermənistanda keçirilən parlament seçkilərində bütün seçki prosedurları qanun pozuntusu ilə müşayət olunub. Respublika Partiyasının nümayəndəsi David Şahnazaryan bildirib ki, erkən parlament seçkiləri Ermənistanın bütün tarixi ərzində ən utancverici seçkilərdir. Onun sözlərinə görə, seçki məntəqələrində ciddi qanun pozuntuları müşahidə edilib, vətəndaşlar Nikol Paşinyanın lideri olduğu "Mənim addımım" blokuna səs verməyə məcbur ediliblər. Rəsmi qurumlar isə seçki pozuntularına biganədir: "Təşviqat kampaniyası zamanı hədələr səslənib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb". "Çiçəklənən Ermənistan" Partiyasınınn namizədi Naira Zöhrabyan da deyib ki, əlində "Mənim addımım" blokuna səs vermələri üçün vətəndaşlara pul təklif olunması barədə məlumatlar var. İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan isə deyib ki, Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi açmayıb. Siyasi ekspertlər hesab edirlər ki, Ermənistanda seçki saxtakarlığı ənənəvi xarakter alıb. Ancaq bu dəfəki erkən parlament seçkiləri əndazəni aşıb. Millət vəkili Elşən Musayev qeyd edib ki, tarixdə hələ belə rüsvayçılıq olmayıb: de-fakto 17 faiz aktivlik! Rəsmən 37 deyirlər, amma bütün "exit poll"ların gəldiyi yekun qənaət budur: "17-18 arası..." Rusiya seyrcidir, Qərbdən açıq dəstək yoxdur, böyük "qardaş" Fransanın isə başı qarışıb özünə. Avropa komissarları da güman ki, nəticəni seçkiyə görə deyil, yaxın zaman aralığında yeyib-içmə luksuna və digər komfortlara nəzərən verəcəklər. Elə hər mənada. Həm siyasi, həm də məişət fakturası üzərindən. Əksəriyyəti zatən demokratiyanın deyil, demokratik olmamağın kriteriyalarını qoruyurlar, beynəlxalq hüququn səsini sonuncu dəfə beşikdə seyr ediblər + gördüklərini deyil, görmək istədiklərini yazırlar - əyri xətt və ərəb əlifbası üzərindən arxadan önə həkk etdikləri yarım-qovluqlarına, cib dəftərçələrinə". Onun bildirdiyinə görə, hazırki İrəvan 1994-ün Vaşinqtonunu xatırladır. O zaman rəy sorğuları zamanı məlum olmuşdu ki, əhalinin 70 faizi ölkədə futbol üzrə dünya çempionatının keçirilməsindən xəbərsizdir. Bu gün İrəvanda aparılmış monitorinq də bənzər mənzərəni özündə ehtiva edir: Camaatın, əsas da yaşlı kütlənin əksəriyyəti ya ölkədə Prezident seçkilərinin keçirildiyini sanıb, ya da ümumən mövzuya "fransız" qalıb: "Koçəryanın komandası hazır vəziyyətdə nəticələri gözləyir. Ki, dərhal mitinqlər başlasın. Suyu süzülən Sarkisyan isə ilk dəfə məcburən, hətta məhkumən Koçaryana separat-siyasi dəstək verir - maraqlar toqquşduğu üçün. Amma ən böyük ehtimal edilən təhlükə cəbhə bölgəsindədir. Keçmiş Prezidentin lokalizəsi də çox güman bu səbəbdəndir. Qərb kəşfiyyatı gizli şifrələrlə seçkidən dərhal sonra cəbhədəki komandirlərin öz əsgərləri tərəfindən vurulacağı haqda informasiya sızdırıb. Bəlli (məlum) kuluarlara. 2 gün öncə. Amma ola da bilər istiqamət məqsədli şəkildə+dezo formasında bəlli səmtə yönəldilsin, əsl qarşıdurmanın episentri isə həlledici məqama qədər məchul saxlanılsın. Son anda mediaya ötürülən daha bir nüans - onu da "exit pool" deyir: Real 17 faiz seçicinin yarıdan çoxu səsvermədə "heç bir namizəd" qrafasını nişanlayıb. Bu da faktiki olaraq erməni xalqının seçkini baykot etdyini təsdiqləyir. Artıq mitinqlərin bölgələrdən üzü İrəvana doğru başlaması, irəliləməsi xəbəri yayılıb. Seçkiyə gəlməyənlərin seçkidən sonrakı mərhələdə aktiv iştirakı təbii ki qaçılmaz idi və Paşinyanı deyəsən bumaranq lap tez haqladı. Adam elə bilirdi saqqalından 1-2 ilmə yandırıb, üfürüb, hədəfə çatacaq. Oysa, nə "ağlını" hesabladı, nə ixtiyari fors-majorları, nə Rusiyanı, nə də heç nəyi". Millət vəkili qeyd edib ki, Ermənistanda aranı qatmaq və ya Paşinyanın 3 gün əvvl dediyi "kənar təsirləri" kuliminasion icra mərhələsinə çatdırmaq üçün tarix boyu heç vaxt hansısa siyasi liderin və ya şəxsin qətlindən, qanlı qarşudurmalardan savayı alternativ olmayıb: "Parlament terroru daxil. Münbit şərait isə yenə yetişib. Əgər düymə basılsa, basılıbsa, Paşinyana indiki durumda heç Kim Kardaşyan da həsəd aparmaz. Ayrıca, bilmək olmaz, bəlkə elə Koçaryanın həbsinin də faktiki səbəbi islah deyil - onu qorumaq cəhdidir. Onu və özünü. Paşinyan açısından.
Bir o dəqiqdir ki, hakimiyyətə gəlməyin məntiqi olmayanda, daha sonra baş verəcəklərin də hekayəsi nizamsız olur. Əvvəldən axıra, son nöqtəyə qədər güdməlisən ki, nəticəyə varasan".
Nurlan