Deputat: "Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır"

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində cəmi 48,63 faiz seçici səs verib. Səbəb isə birdir: siyahıdakı 2,6 milyon seçicinin böyük əksəriyyəri ölkədə yoxdur.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, səs verən insanların əksəriyyəti yaşlılardır: "Əvvəlki hakimiyyətlərin "böyük Ermənistan" siyasəti əhalinin normal yaşayış üçün bütün dünya boyunca səpələnməsinə səbəb olub. Ölkədə yaşayan əhalinin sayı obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar. Ermənistanda olanlar da burada məcburiyyətdən qalıblar və hakimiyyətə inamları yoxdur".

Deputat qeyd edib ki, seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi də açıq-aydın ortadadır.

A.Mirzəzadə əlavə edib ki, Azərbaycana qarşı işğal siyasəti ilk növbədə Ermənistanın özünə faciə yaşadır və yaşadacaq.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31