Ermənistan polisi məlumat yaydı CİNAYƏT TƏRKİBLİ HADİSƏLƏR VAR

Hüquq-mühafizə orqanları Ermənistanda seçkiqabağı təşviqatın pozulması haqqında 81 şikayət alıb.

Bu haqda Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 26 hadisədə cinayət tərkibinin aşkar əlamətlərinin olduğu müəyyən edilib, 55 şikayət isə hazırda yoxlanılır. Pozuntuların 25-sı paytaxt İrəvanda, qalan 56-sı isə Ermənistanın vilayətlərində qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31