Spikerdən “Lazarev klubu”na sərt reaksiya

"Konstantin Zatulin Rusiya Dövlət Dumasının üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Spiker qeyd edib ki, Zatulin MDB-nin adına institut yaratmışdı ki həmin institut erməni diasporu tərəfindən maliyyələşir: "Lazerev klubun"un üzvü olan Vladimir Yevseyev adındanbiri var. Mən həmin siyahıya baxanda burada ruslardan başqa bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazerevin özü də ermənidir. Məsələ bizə aydındır.Belə cılız münasibətlərlə Rusiya Azərbaycan münasibətlərini pozmaq mümkün deyil". Oqtay Əsədov məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçislav Volodinə müraciət etdiyini bildirib: "Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31