Orduxan Teymurxan haqqında CİNAYƏT İŞİ AÇILDI, AXTARIŞA VERİLDİ
7 Dekabr 2018 15:32 SiyasətAzərbaycan Respublikası prokurorluğu, sosial şəbəkələrdə Orduxan Teymurxan kimi tanınan Hollandiyada yaşayan Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb.
Publika.az contact.az-a istinadən xəbər verir ki, onun haqqında rəsmi axtarış elan edilib.
Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur.
Orduxan Teymurxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlar təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Prokurorluğun mətbuat xidməti və blogerin özü həmin informasiya ilə bağlı hələ ki şərh verməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31