Qarabağ münaqişəsi artıq ABŞ-ın regionda maraqlarına ciddi əngəl yaradır

Regionda dəyişən şərtlər çərçivəsində Vaşinqton Ermənistan rəhbərliyindən parlament seçkilərindən sonra işğal olunmuş ərazilərlə bağlı konkret irəliləyiş tələb edəcək

Regionda dəyişən şərtlər çərçivəsində Vaşinqton Ermənistan rəhbərliyindən parlament seçkilərindən sonra işğal olunmuş ərazilərlə bağlı konkret irəliləyiş tələb edəcək

Dağlıq Qarabağ probleminin həlli istiqamətində deyəsən yenidən diplomatik aktivlik artmaqdadır. Hələ ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona sonuncu səfərlərindən sonra tezliklə tərəflər arasında danışıqlar prosesinə start veriləcəyi barədə xəbərlər gündəmə gəlmişdi.  Lakin vasitəçilərin elə regionda olarkən verdikləri bəzi açıqlamalar, həmçinin artıq ənənə halını almış Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejim rəhbərliyi ilə görüşlər belə bir fikir formalaşdırmışdı ki, danışıqlar prosesi bərpa olunsa belə onun heç bir perspektivi və müsbət nəticəsi olmayacaq. Bütün bunların üzərinə separatçı Dağlıq Qarabağ rejimi rəhbərliyinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən 3 ölkəyə-Birləşmiş Ştatlar, Fransa və Rusiya Federasiyasına səfərinin də baş verməsi haqlı olaraq Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırmışdı ki, həmsədlərin Dağlıq Qarabağ probleminin həlli ilə bağı vasitəçilikdən artıq müsbət bir şey gözləməyə dəyməz. Elə bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Milanda keçirdiyi görüş də bunu bir daha təsdiq etdi.

Azərbaycan və Ermənistanın xarici siyasət idarəsi rəhbərlərinin Dağlıq Qarabağ probleminin həlli məqsədilə Milanda keçirdikləri görüşə münasibətini bildirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, xarici işlər nazirlərinin Milan görüşü yalniz danışıqlar görüntüsü idi: "ATƏT-in xarici işlər nazirlərinin Milanda keçirilən 25-ci toplantısı çərçivəsində Qarabağ konflikti üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı həmişəki kimi növbətçi xarakter daşıyır. Biz burada yalnız danışıqların davam etdirilməsinin qeyd edildiyini görürük. Halbuki danışıqlar aparılır. Amma, bu bəyanat regionda təhlükəsizliyə nail olmaq və ATƏT ərazisində sərhədlərin toxunulmamazlığı fonunda münaqişənin tez həll olunması üçün birbaşa Ermənistanın işğal olunmuş əraziləri boşaltmasından ibarət olmalıdır. Göründüyü kimi belə bir bıyanatın verilməməsi yalnız ikili standartın təzahürüdür". Politoloq deyir ki, bu bəyanat danışıqlar formatını uzatmaq, ümumi prosesi yalnız istədikləri kimi idarə etməkdən ibarətdir: "Düzdür, burada Birləşmiş Ştatların həmsədr kimi mövqeyi artıq bəllidir. İşğal olunmuş ərazilər qaytarılmalı status-kvo davam etdirilməməlidir. Bu mövqe Vaşinqtonun regionda artan maraqlarından irəli gəlir. Fransa və Rusiya isə münaqişənin idarə olunmasında maraqlıdır". 
Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnaskanyanın görüşündə danışıqların detalları barədə ətraflı məlumat verilməsə də, növbəti görüşün keçirilməsi razılaşdırılıb. Və, hər iki tərəf bu görüşdən razı qaldığını qeyd edib: "Qeyd edim ki, XİN rəhbərləri səviyyəsində aparılan bu danışıqlar hansı formatda davam etdiyi barədə məlumat verilməlidir. Danışıqlar "Kazan fomulu", yaxud "Yenilənmiş Madrid prinsipləri" üzrədir?! 
Qeyd edim ki, rəsmi Bakı daima münaqişənin həllində mərhələli həll planını önə çəkir və Ermənistan tərəfini bu danışıqlar formatına dəvət edir. Hələki, bu barədə məlumat verilmir. 
Xüsusi qeyd edim ki, Milanda Rusiyanın XİN rəhbəri Sergey Lavrov da iştirak edib, onun Qarabağ konfliktinin həlli ilə bağlı mövqeyi Ermənistanın indiki hakmiyyətinin mövqeyindən də sərtdir. Əgər, rəsmi Yerevan işğal olunmuş ərazilərlə bağlı kompromisə gələcəksə, Sergey Lavrov bunun qarşısını alacaq. Milan görüşündə Sergey Lavrov varsa, burada hərhansı pozitiv addımları gözləməməliyik.  Milan görüşü sadəcə gələn il də danışıqların aparılmasında razılıq əldə olunmasından ibarət olub. Gələn ildən substantiv və real həll variantları masaya gətirilməli, rəsmi Yerevandan mövqe tələb edilməlidir. Qeyd edim ki, cəbhədə davam edən nisbi sabitlik, diplomatik danışıqlarda irəlləyiş üçün Azərbaycan tərəfinin Ermənistana jestidir. 

Regionda dəyişən şərtlər çərçivəsində Vaşinqton Ermənistan rəhbərliyindən parlament seçkilərindən sonra işğal olunmuş ərazilərlə bağlı konkret irəlləyiş tələb edəcək. Çünki, Qarabağ münaqişəsi artıq ABŞ-ın regionda maraqlarına ciddi əngəl yaradır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31