GUAM-a sədrlik Ukraynaya keçib
7 Dekabr 2018 11:42 SiyasətMoldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda (GUAM) sədrliyi Ukraynaya verib.
"GUAM çərçivəsində mövcud olan ənənə, konsensus əsasında işləmək təşkilata üzv dövlətlərə həm regional, həm də beynəlxalq səviyyədə məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə imkan verəcək", - Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilir.
Moldova XİN başçısı Tudor Ulyanovski ukraynalı həmkarlarına uğurlar arzulayaraq, GUAM-ın üzv ölkələr və onların vətəndaşlarının maraqları naminə əməkdaşlığı möhkəmləndirəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31