Moqerinidən Qarabağ açıqlaması: Davam edəcəyik
6 Dekabr 2018 15:10 SiyasətAvropa İttifaqı (Aİ) Gürcüstandakı, Moldovadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcək.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısında bildirib.
O deyib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur və yalnız əməkdaşlıq təşkilat daxilində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31