"Bu naşı siyasətçi ölkəsini xaosa aparacaq"
6 Dekabr 2018 12:25 Siyasət"Ermənistanda seçkiöncəsi məlum gərginliklərin baş verəcəyi labüd idi. Çünki Paşinyan səmimi siyasətçi deyil, daim imitasiya edir və kənar gücləri nəzərə almır. Üstəlik, admnisitrativ idarəetmə qabiliyyyəti də yoxdur, fors-major durumlara hazı deyil. Ona görə ilkin səhvləri artıq buraxıb və "səs yazısı" ilə tələyə düşüb". Bunu millət vəkili Elşən Musayev deyib.
Deputat deyib ki, bütün Ermənistan da bir səs yazısı ilə ayılıb ki, əslində xalq hərəkatı adı altında hakimiyyəti mənimsəyən insan demə diktatorun, ambisiozun təki imiş: "Adamı bir kompromatla belə bitirirlər və deyim ki, bu hələ siqnaldır, Paşinyan özünü "ağıllı" aparmasa, boyunduruq siyasət davam etməsə, ənənəvi vassalıqdan imtina edilsə qarşıda daha ciddi kompromatların dövrəyə buraxılacağına kimsə şübhə etməsin. Hazırki durumu Paşinyanın acgözlüyü yaratdı. Parlamenti də özününküləşdirmək istəyi onu bu vəziyyətə gətirdi. Halbuki bir az səbr etməli, güclənməli, özünü hakimiyyətdə bərkitməli, daha sonra davam etməli idi. Hətərəm-pətərəm siyasətlə, nala-mıxa vurmaqla bundan artığına nail olmaq olmaz.
Əsl "konsertin" isə seçkidən sonra başlayacağını düşünürəm. Bu naşı siyasətçi ölkəsini açıq və ağır xaosa aparacaq. Fəqət, layiq olduqları xaosa! İşğalçı, vandal dövlətin taleyi, bu günü və sabahı belə də olmalı idi, oldu və olacaq".
sia