Miqrasiya məsələlərinə dair beynəlxalq konfrans keçiriləcək
5 Dekabr 2018 16:05 SiyasətDekabrın 6-da və 7-də Mərakeş Krallığının Rabat şəhərində miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Milli Məclisdən "Olaylar2a bildirilib ki, tədbirdə MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının xətti ilə iştirak edəcək. Konfransda təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın təmin olunması üçün qarşıda dayanan vəzifələr, bununla bağlı qanunvericilik sahəsində əməkdaşlıq barədə müzakirələr aparılacaqlar. Tədbirdə Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya barədə qlobal razılaşmanın qəbul edilməsi də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31